2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ABŞ generalı: Çin ABŞ-a nüvə təhlükəsi olmaqda Rusiyanı keçə bilər

Çin özünün nüvə silahı arsenalını sürətlə artırmaqdadır və tezliklə ABŞ-a başlıca nüvə təhlükəsi sayılan Rusiyanı bu mənada geridə qoyacaq.

Reuters agentliyi yazır ki, bu bəyanatı ABŞ hərbi-hava qüvvələrinin general-leytenantı, ABŞ strateji komandanlığı rəhbərinin müavini Tomas Busyer avqustun 27-də verib.

O əlavə edib ki, ABŞ və Çin arasında mümkün nüvə anlaşmazlığının aradan qaldırılması üçün mexanizmlər mövcud deyil.

Saytların yığılması Saytlarin yigilmasi

General deyib ki, Çinin real nüvə qabiliyyəti artıq onun ictimaiyyətə açıqlanan “minimum çəkindirici” bəyanatlarına uyğun gəlmir:

“Nəhayət elə bir nöqtəyə, keçid nöqtəsinə yetişəcəyik ki, Çindən qaynaqlanan hədələrin kəmiyyəti Rusiyadan qaynaqlanan hədələrdən çox olacaq”.

General forumda etdiyi çıxışında izah edib ki, belə bir qənaət sadəcə olaraq Pekinin malik olduğu nüvə başlıqlarının sayı yox, onların əməliyyat baxımından necə yerləşdirilməsi əsasında çıxarılacaq.

O əlavə edib ki, sözü gedən “keçid nöqtəsi”nə qarşıdan gələn bir neçə ildə çatıla bilər.

Birləşmiş Ştatların Rusiya ilə olduğu kimi Çinlə “yanlışlıqların və anlaşılmazlıqların önlənməsi üçün” hər hansı müqavilələri və ya dialoq mexanizmi yoxdur.

Çin ABŞ-a şərt qoyur

Busyerin bu bəyanatları Birləşmiş Ştatların Çinin artmaqda olan iqtisadi və hərbi qüdrətini önləmək məqsədi ilə xarici siyasət hədəfini Hind-Sakit okean hövzəsinə keçirməyə çalışdığı bir vaxta təsadüf edib.

ABŞ dövlət katibi Entoni Blinken də avqustun əvvəllərində Asiya liderləri ilə görüşlərində Çinin artmaqda olan nüvə cəbbəxanası barədə narahatlığını ifadə edib.

Analitik mərkəzlərin peyk görüntülərinə əsasən hazırladıqları hesabatlarda Çinin nüvə raketləri üçün yüzlərlə yeni quyu hazırladığı deyilir.

Vaşinqton Çini nüvə silahlarına dair danışıqlardan yayınmaqda ittiham edib.

Çin isə israr edir ki, onun nüvə arsenalı Birləşmiş Ştatlar və Rusiyanın arsenallarının yanında çox kiçikdir.

Pekin bildirir ki, nüvə danışıqlarına hazırdır, amma buna görə Vaşinqton nüvə arsenalını Çinin səviyyəsinə endirməlidir.

Nüvə başlıqlarının sayı 200 olsa da…

Pentaqonun Konqres üçün hazırladığı hesabatda deyilirdi ki, 2020-ci il üçün olan məlumata görə Çinin əməliyyat hazırlığında olan nüvə başlıqlarının sayı 200 civarındadır, lakin Pekinin cəbbəxanasını modernləşdirdiyi təqdirdə bu rəqəm 400-ə çata bilər.

ABŞ Dövlət Departamentinin martın 1-ə olan məlumatına görə Birləşmiş Ştatların artıq yerləşdirilmiş nüvə başlıqlarının sayı 1357-dir.

Çinin nüvə başlıqlarını hədəflərə çatdıran raket texnologiyalarını inkişaf etdirməsi də Vaşinqtonu narahat edir.

Busyer isə bildirib ki, Çin ötən il bütün dünya ölkələrinin keçirdikləri toplam nüvə sınaqlarından çox nüvə sınağı keçirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button