2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ güləşçinin edamına görə Tehrana yeni sanksiyalar qoyacaq


Birləşmiş Ştatlar İran güləşçisi Navid Əfkari barədə ölüm hökmü çıxarmış hakim də daxil bu ölkənin bir sıra rəsmilərinə və hüquqi şəxslərinə yeni sanksiyalar qoyacağını bəyan edib.

ABŞ-ın Venesuela və İran üzrə xüsusi səfiri Elliott Abrams bu barədə sentyabrın 24-də Senatın Xarici Əlaqələr Komitəsinə ifadə verərkən deyib.

Komitə Trump administrasiyasının Yaxın Şərq siyasətinə dair debat keçirirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Navid Əfkari bu ayın əvvəllərində edam edilib. O 2018-ci il antihökumət etirazları zamanı bir mühafizəçini bıçaqla vuraraq öldürdüyünə görə məhkum edilmişdi.

 

Trump mərhəmətə çağırmışdı

İran güləşçisinin edamı bütün dünyada əks-səda yaratmışdı. Bu edamdan əvvəl Donald Trump idmançı üçün mərhəmətə çağırmışdı.

Senat komitəsinin demokrat üzvləri sözü gedən dinləmədən Trump-ın İran siyasətini tənqid etmək üçün istifadə ediblər.

Onlar bildiriblər ki, Trump-ın ABŞ-ı 2015-ci il Tehranla nüvə sazişindən çıxarması siyasəti iflasa uğrayıb.

Trump ABŞ-ı İran və dünyanın 6 gücü arasında 2015-ci ildə imzalanmış sazişdən 2018-ci ilin mayında birtərəfli qaydada çıxarıb.

2015-ci il sazişini Almaniya, Fransa, Birləşmiş Krallıq, habelə Avropa İttifaqı, Rusiya və Çin imzalayıblar.

 

Trump-ı tənqid fürsəti

Virciniyalı demokrat senator Tim Kaine Trump-ın siyasətini “fəlakət” adlandırıb. O deyib ki, prezident bu hərəkəti ilə sazişi imzalamış Avropa müttəfiqlərini Vaşinqtondan ayrı salıb.

Kaine deyib ki, ABŞ-ın İranla sazişdən çıxması Şimali Koreya ilə bənzər razılaşmanın əldə olunmasını “son dərəcə çətinləşdirib”.

Nyu Cersili senator Bob Menendezin sualına cavab verərkən Abrams etiraf edib ki, İran nüvə silahının yaradılmasına “bir balaca da yaxınlaşıb”.

Bununla belə, Abrams deyib ki, Trump administrasiyasının İran üzərinə “maksimum təzyiq” siyasəti, İran rəsmiləri və vahidləri üzərinə qoyulan yüzlərlə sanskiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub və nəticə etibarilə Tehranı danışıqlar masası arxasına qaytaracaq:

“Biz düşünürük ki, belə təzyiq altında onlar seçkidən sonra danışıqlar masasına qayıdacaqlar”.

Trump 3 noyabr seçkisində ikinci müddətə prezident seçilmək istəyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button