2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ABŞ-ın Əfqanıstanda 20 ili – hesabat

ABŞ hökumətinin agentliyi ölkənin Əfqanıstana 20 illik müdaxiləsinin məyusedici portretini cızıb. Bildirilir ki, administrasiya ölkəni yenidən qurmaq üçün gərəkən zamanı düzgün dəyərləndirməyib, Amerikanın ən uzun müharibəsinin kontekstini “yanlış anlayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

145 milyard dollar

Avqustun 17-də yayılmış hesabatda Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttiş (SIGAR) belə bir qənaətə gəlir ki, ABŞ-ın müdaxiləsinin “parlaq məqamları” da var, uşaq ölümü azalıb, adambaşına ÜDM-də artım qeydə alınıb, savadlılıq səviyyəsi yüksəlib.

Amma bu proqresin son 20 ildə Əfqanıstana xərclənmiş 145 milyard dollarla “mütənasib” olub-olmadığı sual edilir. Axı, məqsəd ABŞ əsgərləri çıxandan sonra Əfqanıstanda davamlı demokratiya qurmaq idi.

Belə bir dəyərləndirmə Taliban hakimiyyəti ələ keçirəndən sonra minlərlə əfqanın Kabili tərk etməyə çalışdığı məqamda yayılır.

13 illik iş

Tənqidçilər ABŞ əsgərlərinin çıxarılmasını dəstəkləyən Prezident Co Bayden administrasiyasını kəskin tənqid edirlər.

“Məqsəd arxada bərpa olunmuş və özünü saxlayaraq ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdid yaratmayacaq ölkə buraxmaq idisə, ümumi mənzərə məyusedicidir”, – xüsusi baş müfəttiş Con Sopko hesabatda yazır.

SIGAR hesabatın 13 illik nəzarət işinə əsaslandığını vurğulayır. Buraya ABŞ-ın indiki və keçmiş, eləcə də digər ölkə rəsmiləri, tərəfdaşlar, podratçılar və ekspertlərlə yüzlərlə müsahibə daxildir.

Hesabatın gəldiyi daha bir qənaətə görə, ABŞ hökuməti “əfqan kontekstini” sosial, mədəni və siyasi baxımdan “anlamayıb”.

Reaksiya

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan hesabatda Əfqanıstanda yaradılmış irihəcmli resurslarla bağlı deyilənləri vurğulayır.

“Yüz milyardlarla dollar xərclənməsinə, xeyli sayda qüvvələrə təlim keçilməsinə, böyük imkanlar, tövsiyə və yardımın təmin edilməsinə” baxmayaraq, əfqan təhlükəsizlik qüvvələrinin “ayağa qalxıb özü üçün savaşmaq iradəsi yox idi”, – o brifinqdə deyib.

Kabildə Qərbin dəstəklədiyi hökumət yıxılandan sonra Baydenə dəstək reytinqi 7 faiz, yəni 7 aylıq prezidentlik dövründə ən aşağı həddə düşüb. Bunu Reuters/Ipsos sorğusu üzə çıxarıb.

Avqustun 16-da, Əfqanıstan hökumətinin iflasından sonra keçirilən sorğuya görə, yetkin yaşlı amerikalıların 46 faizi Baydenin işini dəstəkləyir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button