2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“ABŞ-ın anti-Türkiyə bəyanatı qısqanclığın təzahürüdür”

İlqar Vəlizadə: “Rəsmi Vaşinqtonun narahatlığı anti-terror əməliyyatlarına təsir etməyəcək”


ABŞ Türkiyənin İraq və Suriyada apardığı anti-terror əməliyyatları ilə bağlı narahatlığını dilə gətirib. Rəsmi Vaşinqtonu narazı salan məqamlardan biri də Türkiyənin bu əməliyyatlarla bağlı ABŞ-ı məlumatlandırmamasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, ABŞ Türkiyənin İraq və Suriyadakı əməliyyatlarını hansısa formada ənglləyə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə  baş verənləri ABŞ-ın qısqanclığı ilə izah etdi:

“Maraqlıdır ki, ABŞ-ın bu narahatlığı Ərdoğanla Putin arasındakı danışıqdan sonra meydana çıxdı. Həmin danışıqlara qədər isə biz tamam başqa şeylər eşidirdik. Eşidirdik ki, Tramp və Ərdoğan arasında danışıq olub, prezidentlərin görüşü təşkil olunur və s. Burda qısqanclıq amili özünü daha çox göstərir. Türkiyə son vaxtlara qədər Əsəd məsləsində ABŞ-ın möveyini dəstəkləməklə yanaşı, Rusiyanın da narahatlıqlarını nəzərə alırdı. İndi isə Türkiyənin bu addımları ABŞ-ı narahat edir. ABŞ hesab edirdi ki, Türkiyəni siyasi nəzarət altına ala biləcək. Lakin son hadisələr fonunda başa düşdü ki, yanılır.

ABŞ-ın məlum narahatlığı və Türkiyə ilə bağlı verdiyi bəyanatlar Türkiyənin mövqeyinə, İraq və Suriyada apardığı əməliyyatlara təsir etməyəcək. Necə ki, bundan öncə də ABŞ buna nail ola bilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button