Now Reading:
ABŞ-ın ATƏT nümayəndəliyi: “Azərbaycanda 145-dən çox siyasi məhbus var, hamısı şərtsiz azad edilməlidir”

ABŞ-ın ATƏT nümayəndəliyi: “Azərbaycanda 145-dən çox siyasi məhbus var, hamısı şərtsiz azad edilməlidir”

Sentyabrın 22-də ATƏT-in “İnsan inkişafı-2017” adlı forumunda ABŞ nümayəndə heyəti bəyanat yayıb. Sənəddə bəzi ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulması faktları qeyd olunub.

Bəyanatda Azərbaycanla bağlı deyilir:

“Biz Azərbaycanda sonuncu müstəqil informasiya agentliyi olan Turan-ın direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayrıq. Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifətçi Natiq Cəfərlinin üzərindən ittihamların götürülməsi və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azad edilməsi barədə qərarını alqışlayırıq. Biz hakimiyyəti Mehman Əliyevin üzərindən ittihamların və ölkədən çıxışına qoyulan məhdudiyyətin, həmçinin araşdırmaçı jurnalist Xədicə İsmayılova və vəkil İntiqam Əliyevin ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çağırırıq. REAL Hərəkatının lideri İlqar Məmmədov daxil olmaqla, 145-dən çox adam siyasi məhbus hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun xeyrinə qərar çıxarsa da o, hələ də həbsdədir. Onların hamısı heç bir şərt olmadan azad edilməlidir”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.