2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ-ın baş prokuroru Senat qarşısında ifadə verəcək

ABŞ-ın baş prokuroru Jeff Sessions Rusiyanın Amerika prezident seçkisinə müdaxiləsini, habelə prezident Trump-la Rusiya rəsmiləri arasında mümkün əlaqələri araşdıran Senat komitəsinin qarşısında ifadə verməyə razılığını bildirib.

Ötən həftə keçmiş FTB direktoru James Comey-nin Senatın Kəşfiyyat Komitəsi qarşısında ifadə verməsindən sonra ifadə üçün həm də baş prokurorun çağırılması üçün təzyiqlər artırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə iyunun 12-də bildirib ki, Sessions-ın ifadə verəcəyi dinləmə iyunun 13-də açıq keçiriləcək.

Hazırda ABŞ-ın ədliyyə naziri olan Sessions Trump-ın Rusiya rəsmiləri ilə əlaqələrə görə araşdırılan yaxın çevrəsinə daxildir.

Senat komitəsi ilə yanaşı, bu barədə FTB də özünün cinayət təhqiqatını aparır.

Trump Comey-ni mayın 9-da vəzifəsindən kənarlaşdırmış və media xəbərlərinə görə bunun ardınca Rusiya rəsmiləri ilə görüşündə bu qərarı ilə qürrələnmişdi.

Mətbuata sızmış məlumatlara görə Trump həmin söhbətdə Comey barədə “onun başı xarabdır, o əsl sərsəmin birisi idi” demişdi.

İyunun 8-də Senat qarşısında verdiyi ifadədə Comey burada söhbətin maraqlar toqquşmasından və ola bilsin, hətta ədalətə əngəl törədilməsindən getdiyini deyib.

Sessions Rusiyanın Birləşmiş Ştatlardakı səfiri ilə görüşlərinə görə FTB-nin Rusiya araşdırmasına prokuror nəzarətindən könüllü şəkildə kənara çəlkilib.

Amma buna baxmayaraq o da Comey-nin vəzifədən çıxarılması üçün məktubu imzalayanlardan biri olub. Comey bunun xeyli qəribə bir hal olduğunu deyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button