Dünya

ABŞ-ın iki hərbi gəmisi Qara DƏNİZƏ GİRDİ

ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Ross” esminesi bu gün “Sea Breeze-2016” Amerika-Ukrayna təlimlərində iştirak etmək üçün Qara dənizə daxil olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə bildirib.

Gəmi “İdjis” hava hücumundan müdafiə sistemi, qanadlı “Tomaqavk” raketləri ilə təchiz olunub. Gəmidə “Sea Hawk” vertolyotları yerləşdirilib.

Təlimlərdə iştirak edəcək daha bir gəmi – “Whidbey Island” desant gəmisi Qara dəniz akvatoriyasına cümə axşamı daxil olub. Gəmi təlimlərdə iştirak etmək üçün Ukrayna sahillərinə yollanacaq.

“Sea Breeze-2016” təlimləri 18 iyulda başlanmalı idi. Ancaq Ukrayna tərəfi hazır olmadığı üçün təlimlərin dəniz hissəsi qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir
Back to top button