2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-ın İraqı tərk etməsi İŞİD-i canlandıra bilərmi?

Mosulun Köhnə şəhərində İslam Dövlət Qrupunun hakimiyyəti uzunmüddətli keçmişin dəhşətli xatirəsi deyil.

Hər bir kvartalda bu xatırərin izi görünür: bombalanmış evlər, dağıntılar və ailələr yalnız yaşamaq üçün mübarizəsi.

“Bir ailə orada yaşayırdı” – deyə, 11 uşaq anası Sahara Mahmud bir vaxtlar ev olan seyrək daşlı dağıntıya işarə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Oradakı başqa bir ev. Buna görə də bu evləri birbaşa bombalayırdılar.”

Mosulda yaşayan hər kəs üçün qəribə səslənən (yaraqlıların ölümünə təəssüf etmək) “Bəs ailələr?”- deyə, Amerikanın Səsinin müxbirinin sualına “Orada uşaqlar var idi” – deyə, Sahara bildirib.

İŞİD-in Mosuldan qovulmasından dörd ildən çox bir müddət keçib. Qrupun yenidən ərazini ələ keçirə biləcəyi ehtimalı bir çox iraqlı üçün çox aşağıdır.

Lakin bu Köhnə şəhərdə fikirlər fərqlidir. Bəziləri deyir ki, bu yaxınlarda Talibanın Əfqanıstanın nəzarətini ələ keçirməsi onların unutmaq istədikləri xatirələri yenidən canlandırıb.

Şəhərin digər bölgələrində və İraqın paytaxtı Bağdadda yerli sakinlər ABŞ-ın Əfqanıstandan çıxmasının onlara siqnal mahiyyəti daşıdığını deyib: ABŞ bölgəyə nəzarətdə maraqlı deyil.

“Bu, həmişə bildiyimizi təsdiqləyir. ABŞ işğal etdiyi ölkələrə əhəmiyyət vermir. Əgər getmək istəyirsə, getsin” – deyə, fəal siyasətçi Müşris əl-Freaji bildirib.

Bəziləri isə bu il ABŞ-ın İraqdakı döyüş missiyasına son qoymasını alqışlayıb.

Köhnə şəhərdə yaşayan beş uşaq anası Varqa Talibi İŞİD-in 2014 və 2017-ci illər arasında ələ keçirdiyi kənd və şəhərlərə geri qaytarmağa çalışacağı qorxudur.

“Geri qayıtma şansı 50/50-dir” – deyə, o bildirib.

Binalarının 80%-nin məhv edildiyi Mosul universitetinin şəhərciyi yenidən qurulub. Kampus ziddiyyətli bir araşdırmadır.

Bir yandan güllə izləri olan yataqxana və qırıq küçə lampaları ilə hasarlı bir dayanacaq, digər tərəfdə isə yeni dəbdəbəli kitabxana, freskalarla boyanan yeməkxana və baxımlı bir bağ.

Təxminən 400 kilometr cənubdakı Bağdadda bir çox yerli sakin ABŞ-ın ölkəni tərk etməsinə nikbinliklə yanaşır. Bəzilərini isə İŞİD-in geri dönəcəyi qorxudur.

Bir çoxu ölkənin təhlükəsizliyinin indi populyar səfərbərlik qüvvələri (PMF) və ya Haşd Şaabi kimi tanınan qrup tərəfindən təmin olunduğunu deyib.

Şiə könüllü döyüşçülərin qeyri-rəsmi qrupu PMF İraq döyüşüçülərinin İŞİD-lə mübarizədə məğlubiyyətə uğramasından sonra Təhlükəsizlik Sisteminə qatılıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button