Now Reading:
ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürüləcək

“ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək”.

“Haber7” bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da isə ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi təsdiqləyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.