2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ-ın kibertəhlükəsizlik konfransına Rusiya dəvət olunmayıb

Birləşmiş Ştatlar reket hakerliyinə qarşı mübarizəyə həsr edilmiş ikigünlük vitual konfransa 30-dək müttəfiq və partnyorunu dəvət edib.

Bu ölkələrin arasında Rusiya yoxdur. Reket hakerliyi – yəni ziyanlı proqramlar vasitəsilə şirkət və idarələrin şantaj edilməsi və onlardan böyük məbləğlərdə pulların qopardılması bizneslərə, habelə təhlükəsizliyə ciddi hədə yaradır.

Konfransa dəvət edilən ölkələr Avropanı, Yaxın Şərqi, Afrikanı, Cənubi Amerika və Asiyanı təmsil edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 13-14-də keçirilən konfransda reket proqramlarının və reket hakerlərinin fəaliyyət mühitinin daraldılması tədbirləri müzakirə olunur.

Bunlardan biri də hakerlərin ödəmə vasitəsi kimi istifadə etdikləri kriptovalyutalara çıxışının bloklanmasıdır.

Bu konfransda habelə reket hakerlərinin cinayət təqibi və mühakimə olunması məsələləri müzakirə olunacaq.

Bu tədbirdə öz sərhədləri içərisində hakerlərin fəaliyyətinə imkan verən ölkələrlə davranış siyasətləri müzakirə ediləcək.

Əsas hədəf ABŞ olub

Bayden administrasiyası reket hakerliyinə qarşı mübarizəni özünün prioriteti elan edib.

ABŞ şirkətlərinə qarşı pul qoparılması məqsədilə edilən haker hücumları son illərdə xüsusilə artıb.

Ən təhlükəlisi budur ki, hakerlər indi dava-dərmandan tutmuş ərzaq ticarətinə qədər həssas sektorları hədəfləyirlər.

Ağ Ev bildirir ki, hakerlərə ödənilən pullar ötən il qlobal miqyasda 400 milyon dolları keçib.

Obörn Universiteti (Auburn University) McCrary Kiber və Kritik İnfrastruktur Təhlükəsizliyi İnstitutunun direktoru Frenk Cilluffo AzadlıqRadiosuna deyib ki, reket hakerliyi transmilli məsələyə çevrilib və və bir sıra transmilli həllər tələb edir.

O deyib ki, bu hallarla mübarizəni eyni məramda olan müttəfiqlər aparmalı, reket hakerliyinə göz yuman ölkələrə kollektiv təzyiq göstərilməlidir.

Rusiya dəvət olunmasa da

ABŞ administrasıyasının vəzifəli rəsmisi bəyan edib ki, Rusiya bu konfransa dəvət olunmayıb.

Onun sözlərinə görə, Moskva və Vaşinqton bu yaxınlarda kibertəhlükəsizliklə bağlı yüksək səviyyəli dialoq barəsində razılığa gəliblər.

Ötən iyunda Cenevrədə keçirilən sammitdə Co BaydenVladimir Putin kiberhücumlar barədə danışıqlara yenidən başlanması barədə qərar qəbul etmişdilər.

Bayden Putini Rusiyanın daxilindən fəaliyyət göstərən hakerlərin “ipini çəkməyə” çağırmışdı.

Həmin rəsmi bildirib ki, Birləşmiş Ştatlar bu danışıqlardan somra “Rusiya hökumətinin bəzi addımlar atdığını” müşahidə edir.

Rusiyanın bu qəbildən olan gələcək konfranslara dəvət ediləcəyi istisna olunmur.

Kriptovalyuta problemi

Stanford Universitetinin kibersiyasət və kibertəhlükəsizlik eksperti Herbert Lin AzadlıqRadiosuna deyib ki, konfrans iştirakçıları başlıca diqqəti kriptovalyuta ilə ödənişlərin qarşısının alınmasına yönəltməlidirlər.

O deyib ki, kriptovalyuta ödənişlərini nağd pula çevirməyin qarşısı alınarsa, kibercinayətkarlar üçün reket hücumlarının mənası qalmayacaq.

ABŞ Maliyyə Nazirliyi ötən ay ilk dəfə olaraq kriptovalyuta mübadilələri həyata keçirən şirkətə sanksiyalar qoyub.

Nazirlik bildirir ki, əsasən Rusiyada fəaliyyət göstərən Suex şirkətinin bütün tranşlarının 40 faizi reket hücumları ilə bağlı pullardır.

Cilluffo isə deyib ki, konfrans iştirakçıları ziyanlı proqramları saxlayan serverlər probleminə və qara bazar saytlarına diqqət yetirməlidirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button