2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın neft ehtiyatlarının azalması ucuzlaşmanı dayandıra bilməyib

ABŞ-ın kommersiya neft ehtiyatları 20-26 may həftəsində 6,4 mln. barel və ya 1,2% azalaraq 509,9 mln. barelə geriləməsinə baxmayaraq, neft qiymətləri iyunun 1-də 1,5%-ə yaxın azalaraq 50 dollar/barelə düşüb.

Neft qiymətlərinin ucuzlaşmasına səbəb dünən, iyunun 1-də ABŞ Prezidenti Donald Trampın iqlim dəyişikliyi ilə mübarizə anlaşmasından çıxması olub. ABŞ-ın qərarı bu ölkədə neft hasilatının genişlənməsi ilə bağlı gözləntiləri artırıb. Bu da öz növbəsində onsuz da gərgin olan neft bazarında narahatlıqları bir qədər də artırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un analitik qrupu “Brent” markalı neftin qiymətinin 43-45 dollar/barelə qədər azala biləcəyini proqnozlaşdırır. Normal şərtlər altında neftin qiyməti ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dəyişə bilər.

Qeyd edək ki, ABŞ-da neft hasilatı hesabat həftəsində 22 min barel/gün və ya 0,24% artaraq 9,342 mln. barel/günə çatıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button