2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ-ın qısırlaşdırdığı hindu qadınlar: “Doğulmamış uşaqlarımı əlimdən aldılar”

“Qızımın 12 yaşı olanda soruşdu ki, niyə onun bacı və qardaşları yoxdur. Amma mən başıma gələnləri danışanda onun 33 yaşı vardı. Qəlbi çox qırılmışdı”- Jean Whitehorse belə deyir.

Jean ABŞ-da – Arizona, Utah və New Mexico əyalətlərinin kəsişdiyi bölgədə yaşayan Navaho qəbiləsinin üzvüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Navaho Amerika hindularının ən böyük qəbiləsidir.

Navaho qəbiləsinə mənsub qadınlar torpaq fırında çörək bişirərkən

Ailə planlaşdırması

Jean Whitehorse dövlətin dəstək verdiyi ailə planlaşdırması proqramının minlərlə qurbanlarından biridir.

Whitehorse verdiyi müsahibədə çəkdiyi əziyyətlərdən və qəzəbindən bəhs edib.

1969-cu ildə Jean Oakland əyalətində yaşayırdı və qızına hamiləydi.

Jean müayinə üçün tibb məntəqəsinə gedib, orda ondan tibbi sığortasının olub-olmadığını soruşublar. O, müsbət cavab verib. İmzalamaq üçün Jean-a bəzi sənədlər veriblər:

“Dedilər ki, bunları imzalasan, tibbi xərclərin olmayacaq. Bunun nə demək olduğunu soruşdum. Bildirdilər ki, qızını bir ailəyə övladlıq verəcəyik, sənin xərclərini onlar ödəyəcək. Xeyr, o mənim qızımdır, heç kimə vermərəm dedim və ordan çıxıb getdim”.

Jean New Mexico-ya, Navaho qəbiləsinə qayıdıb və qızını orda dünyaya gətirib.

Doğumdan bir neçə ay sonra qarnında şiddətli ağrılar başladığı üçün Jean yerli klinikaya – Amerika aborigenlərinə səhiyyə xidməti göstərən tibb mərkəzinə gedib.

“Appendiksimdə iltihab olduğunu deyib başqa bir xəstəxanaya apardılar. Orda çox sayda sənəd imzalatdılar” – Jean belə deyir.

O düşünüb ki, bu sənədlər əməliyyat üçün lazımdır:

“Güclü ağrılarım vardı. Dedilər ki, imzalamasan, əməliyyata başlaya bilmərik. Oxumadan hamısını imzaladım”.

Həmin gün Jean-ı əməliyyat edib appendiksini kəsiblər. O, ancaq bir neçə il sonra hamilə qalamdığının fərqinə varıb. Xəstəxanaya gedib, orda onun sənədlərinə baxıb qısırlaşdırıldığını deyiblər:

“Bir də heç vaxt doğa bilməyəcəyimi bildirdilər”.

Dövlət siyasəti

Jean-ın qısırlaşdırılması ABŞ hökumətinin Amerika aborigenləri üçün ailə planlaşdırması proqramı tətbiq etdiyi dövrə təsadüf edir.

Əslində, bu, aborigen qadınların razılığıyla həyata keçirilə bilərdi. Ancaq məlum olub ki, illər boyu onlar nəyə imza atdıqlarının bilməyiblər.

1976-cı ildə ABŞ Mülki Məhkəməsi bu sənədləri araşdıraraq hesabat hazırlayıb.

Hesabatda qeyd edilib ki, 1973-76-cı illər aralığında 12 bölgədə 3406 qısırlaşdırma əməliyyatı qadınların özünün icazəsi olmadan həyata keçirilib.

Günəş rəqsi

Hesabat dərc ediləndən sonra aborigenlərə xidmət göstərən tibb müəssisələrində yeni qayda tətbiq olunub – qısırlaşdırma və ya hamiləliyin təşviq edilməməsi qərara alınıb.

Jean müsahibəsində deyib ki, özündən xəbərsiz qısırlaşdırmaları dəstəkləmək üçün çox iş görülür. O, illərlə tək qaldığını, spirtli içkilər içməklə ovunmağa çalışdığı və hətta qızıyla kobud davrandığını bildirib.

Günlərin birində dostlarından biri onu “günəş rəqsi”nə dəvət edib. Bu, hinduların yaxşılaşmaq üçün terapiya kimi istifadə etdikləri mərasimdir. Jean həmin rəqsin köməyilə özünə gəldiyini deyib.

Açıq danışmaq

İllər sonra həmin layihə haqda sənədli veriliş hazırlayan Lorna Tucker Jean-la əlaqə saxlayaraq ondan öz hekayəsini danışmağı xahiş edib. Tucker-in Navaho dilində “ana” mənasını verən “Ama” adlı filmi bu hekayə haqqındadır.

“Çox qəzəbliydim. Elə bilirdim, təkcə mənim başıma bu oyunu açıblar. Amma hekayəmi danışandan sonra sakitləşdim. Gənc qadınlar tariximizdə belə bir hadisə olduğunu bilməlidirlər” – Jean belə deyib.

Navaho mədəniyyətində insanlar mal-mülkün yox, uşaqların sayına görə dövlətli sayılırlar.

Piramidanın ən aşağısında

Amerika aborigenləri tarixən ayrı-seçkiliyə məruz qalıblar. Bunun nəticəsi hələ də hiss olunmaqdadır. BMT-nin 2010-cu ildə açıqladığı hesabata görə, onların vərəmə yoluxma nisbəti əhalinin ümumi sayıyla müqayisədə 600 dəfə çoxdur. Hindular arasında intihar ehtimalı isə 62 faizdir.

Dünyanın başqa yerlərində də zorakı qısırlaşdırma halları olub.

Kanada və Peruda aboreginlərə qarşı, Hindistanda və Çində əhali sayını tənzimləmək üçün, Almaniyada İkinci dünya müharibəsi illərində; İsraildə efiopiyalı yəhudilərə, Rusiyada şikəst şəxslərə, Cənubi Afrikada QİÇS virusu daşıyan qadınlara qarşı qısırlaşdırma siyasəti yürüdülüb.

Bu gün artıq nənə olan Jean dəhşətli şeylər yaşadığına baxmayaraq cəmiyyətin gələcəyi barədə pozitiv düşünür:

“Bəzi şeylər dəyişib. Bizim başımıza gələnlər gənc həslin həyatında yoxdur”.

Bbc.com

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button