2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-ın Qlobal Terrorçular siyahısında olan Taliban lideri intiharçılar üçün anım mərasimi keçirib

Adı Birləşmiş Ştatların Qlobal Terrorçular siyahısında olan Talibanın daxili işlər naziri Əfqanıstanda minlərlə ABŞ və müttəfiq ordu əsgərinin öldürülməsində əli olan intiharçılar üçün anım mərasimi keçirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Qari Səid Xosti ABŞ-ın onun ələ keçirilməsi üçün hər hansı bir məlumatı verənə 10 milyon dollar mükafat vəd etdiyi Siracuddin Haqqaninin bazar ertəsi Əfqanıstanın paytaxtındakı lüks bir mehmanxanada intiharçılardan bəzilərinin ailələri ilə görüşdüyünü bildirib.

Xosti tvitter səhifəsində Haqqaninin intiharçıları “İslamın və ölkənin qəhrəmanları” adlandırdığını yazıb və onun namaz qıldığı və ölən intiharçıların ailə üzvlərini qucaqladığını göstərən bulanıq şəkillərini tweetlə paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Haqqani son illər, Taliban hakimiyyətə qayıtdıqdan sonra belə ictimaiyyət qarşısında görünməyib.

Taliban təxminən 20 ildir Qərbin dəstəklədiyi Əfqanıstan hökuməti və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı ölümcül üsyan etdikdən sonra avqust ayında ölkənin nəzarətini yenidən ələ keçirib. Lakin dünya ictimaiyyəti insan haqları və digər narahatlıqları əsas gətirərək, İslamçı qrupun Kabildakı müvəqqəti hökumətini tanımaq çağırışlarına məhəl qoymur.

Vaşinqtonun son 20 ildə xarici qoşunlara qarşı yüksək səviyyəli intiharçı hücumlarında günahlandırdığı “Haqqani” silahlı şəbəkəsinə rəhbərlik edən Haqqani “İslam sistemi şəhidlərimizin qanı nəticəsində meydana gəlib” deyib.

“İndi siz və mən şəhidlərimizin arzularına xəyanət etməkdən çəkinməliyik” – deyə, Haqqani bildirib.

Xosti Haqqaninin “şəhidlərin” ailələrinə 125 dollar payladığını və hər ailə üçün torpaq sahəsi vəd etdiyini deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button