Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

ABŞ-ın strateji neft ehtiyatları son 37 ildə minimuma düşüb

ABŞ-ın strateji neft ehtiyatları avqustun 13-dən 19-na kimi olan dövrdə 8,1 milyon barel azalaraq rekord aşağı səviyyəyə – 453,1 milyon barelə düşüb.

“Business Insider” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Göstərilən dövrdə yanacaq ehtiyatları 1985-ci ilin yanvarından indiyədək ən aşağı həddə çatıb. 2022-ci ilin əvvəlindən ABŞ-ın ölkədə yüksək benzin qiymətlərini azaltmaq üçün ehtiyatlardakı neftdən fəal şəkildə istifadə etməyə başlaması ilə həcmlər 160 milyon bareldən çox azalıb. Bundan əlavə, tədbir son onilliklər üçün ən yüksək olan inflyasiyanın qarşısını almağa yönəlib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden strateji neft ehtiyatlarının boşaldılması zərurətini açıqlamışdı. Plana görə, yanacaq azı altı aya anbarlardan boşaldılacaq. O bildirib ki, ABŞ yanacaq qiymətlərini sabitləşdirmək, o cümlədən yerli bazarda enerjinin maya dəyərini azaltmaq üçün bütün vasitələrdən istifadə edəcək.

24 saatABŞ-ın strateji neft ehtiyatları son 37 ildə minimuma düşüb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Azərbaycana gələn pul artıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button