2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın Suriyaya raket hücumu neft qiymətlərinə təsir edib

Neftin qiyməti ABŞ-ın raket hücumundan sonra yüksəlib

İlham Şaban: “Siyasi bəyanatlar və gərginliklər, müharibələr, onun fəsadları neftin qiymətinə təsir edir”

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın Suriya rejiminə qarşı təşkil etdiyi raket hücumunun qlobal maliyyə bazarlarında dalğalanma yaratmasıyla neftin qiyməti yüksəlib. Neft müqavilələri Nyu-Yorkda 1.9 faiz və Londonda 1.8 faizə qədər yüksəlib. Qərbi Texas neftinin qiyməti 52,70 dollaradək, Brent neftinin qiyməti isə 55.90 dollara qədər qalxıb.

ABŞ-dan bir rəhbər şəxs cümə günü erkən saatlarda keçirilən raket hücumunda Suriya təyyarələri və yanacaq tanklarının hədəf seçildiyini deyib. Suriya, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) ikinci ən böyük istehsalçısı İraqın sərhəd qonşusudur. Bu xəbər bütün maliyyə bazarlarında dalğalanmaya səbəb olub. Yen və qızılın qiyməti qalxıb, səhmlər ucuzlaşıb.

Analitiklər bildirirlər ki, Suriya böyük neft istehsalçısı deyil, ancaq bütün regionda riski potensial olaraq artır.

Suriyaya qarşı hərbi müdaxilə, Bəşər Əsəd rejiminin kimyəvi silah istifadə edərək çoxlu sayda mülki vətəndaşın ölümünə səbəb olmasından iki gün sonra baş verib. Suriyanın bu təcavüzü bütün dünyanın sərt reaksiyasına səbəb olub və prezident Donald Trump bunu “insanlığa təhqir” kimi qiymətləndirib.

İqtisadçı ekspert İlham Şaban baş verənləri şərh edərkən neftin qiymətinin öncədən də artdığını deyərək, onda da ABŞ-ın rolunun olduğunu söyləyir. Ehtiyatlar azaldığından bir müddət öncə qiymət artımı 51 dollardan 53 dollaradək yükşəlmişdi. Suriyadakı məlum hadisələrə gəlincə, ekspert bu amili neftin qiymətinə əlavə bir dəstək hesab edir:

“Qiymətlər 55-76 dollara qədər olsa da, indi korreksiya olunub. Hazırda, yəni sizinlə danışdığımız vaxtda neftin qiyməti 55.12 dollardır. Bu da neftin “qızdırılması” hesabınadır. Bu məqam davamlı olmadığı üçün ona “qızdırılma” deyilir”.

İ.Şaban neftin qiymətinə siyasi bəyanatların və gərginliklərin, müharibələrin, onun fəsadlarının təsir etdiyini deyir. Bu faktorların birjalara təsir göstərməsi nəticəsində analoji vəziyyət baş verir. Hazırda Suriyadakı hadisələrin də neftin qiymətinə təsiri danılmazdır.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button