2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Natiq Miri: “Bu alyansın İran üçün ciddi başağrısına çevriləcəyini düşünürəm”

 

Son günlər dünya mediasında ABŞ-ın ərəb dövlətləri ilə birlikdə İrana qarşı yeni hərbi alyans fomalaşdıracağı ilə bağlı informasiya yer almaqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

Belə bir alyansın yaranması İran üçün sözün həqiqi mənasında ciddi başağrısına çevrilə bilərmi? Yeni hərbi alynasın yaranması İrana nə vəd edir?

24saat.org-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri bunun İran üçün yaxşı heç nə vəd etmədiyini bildirib:

“Hesab edirəm ki, belə bir alyansın yaranması İran üçün ciddi başağrısına çevrilə bilər. Tramp administrasiyası fəaliyyətə başlayandan sonra yeni administrasiyanın xarici siyasətində iki ölkənin mühüm yer tutacağı özünü hiss etdirir. Bunlardan birincisi, Çin, ikincisi isə İrandır. İran dövləti Yaxın Şərqdə dağıdıcı ünsür olduğu üçün, bu regionda ABŞ-ın strateji müttəfiqi olan İsrailə müəyyən təhlükə vəd etdiyi üçün Tramp administrasiyasının həfədindədir.Tramp administrasiyası İsraillə əlaqələrə mühüm önəm verir. ABŞ-ın yeni rəhbərliyi yəhudi lobbisinə yaxınlığı ilə diqqət çəkir. Bu səbədən də Tramp administrasiyası fəaliyyətə başladığı ilk dönəmdən etibarən İrana qarşı sanksiyaalrın tətbiqi və bu sanksiyaalrın genişləndirilməsi istiqamətində hərəkətə keçdi.

Irana qarşı atılacaq addımlarda ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin də iştirakı gözlənilənir. Bu məsələdə ərəb ölkələri də yer alacaq. Bu prosesdə Türkiyənin də yer alacağını düşünürəm. Çünki Türkiyə prezidentinin Bəhreyn, Qatar və Səudiyyə Ərəbistanına səfəri çərçivəsində fars millətçiliyinin Yaxın Şərqdə bir dağıdıcılıq yaratdığını və buna qarşı birgə mübarizə məsələsini qeyd etməsi də, zənnimcə təsadüfi deyil. Bu açıqlama ABŞ-ın maraqlarına cavab verən açıqlamalardır.

Iran-ABŞ münasibətləri gərgin müstəvidə davam edəcək”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button