2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ – İran münaqişəsi Azərbaycana hansı təsirləri göstərə bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

ABŞ və İran arasında yaşanan hərbi siyasi gərginliyin, daha da kəskinləşəcəyi gözlənilir. İranın general Qasim Süleymaninin öldürülməsinə verəcəyi cavabın nə olacağı indi gündəmin əsas sualıdır. Bu sualın cavabı hələ ki, bilinməsə də, bilinən bir şey var. İran adekvat cavab verə bilməsə, bu onun Yaxın Şərqdəki prestijinə, hərbi siyasi təsirinə Qasim Süleymaninin ölümündən daha ağır zərbə vurmuş olacaq.
Bu isə o deməkdir ki, bir neçə zəncirvari intiqam aktları, ABŞ və İran arasında açıq hərbi qarşıdurma yarada bilər.
Bu durumda, önəmli olan məsələ, Azərbaycanın öz qonşuluğunda ehtimal olunan müharibə təhlükəsinə nə dərəcədə hazır olması, uyğun strategiyalara malik olub-olmamasıdır.
Belə görünür ki, İlham Əliyev iqtidarı, regiondakı bu gərginlikdən elə də narahat deyil. Əksinə, ABŞ və İran arasında yaşanan gərginlik neftin satış qiymətlərinin artmasına təsir göstərib və müharibə baş verərsə, bu daha uzun müddətə dünya bazarlarında yanacağın qiymətinin yüksəlməsinə təsir göstərəcək. Aydındır ki, bu da, gəlirlərinin əsas hissəsi neftdən gələn Azərbaycan hakimiyyətini iqtisadi baxımdan qane edir.
Məsələnin başqa bir önəmli tərəfi isə, ABŞ və İran arasında hərbi gərginliyin, demokratiya məsələsini arxa plana keçirərək, təhlükəsizliyi əsas pirioritetə çevirməsidir. Bu da, ölkədə sosial zəmində narazılığın artdığı, demokratiya tələbinin gücləndiyi indiki şəraitdə, beynəlxalq təzyiqlərdən yayınmaq üçün, İlham Əliyev iqtidarının maraqlarına cavab verir. Ancaq, bu ilkin mərhələdə belə görünə bilər.
Əgər müharibə başlayarsa, bu halda ölkəmiz İranın ABŞ – a qarşı həyat keçrəcəyi assimetrik əməliyyat planlarının əsas məkanlarından birinə çevirilə bilər. Belə bir vəziyyətdə isə, ölkədə daxili təhlükəsizlik sistemi pozular və Azərbaycanın müharibə tərəflərinə münasibətdə neytrallığını saxlaması daha da çətinləşər.
Digər tərəfdən isə, Qərb neft şirkətləri tərəfindən işlənilən neft yataqları, hasil olunan qaz və nefti nəql edən kəmərlər, İranın əsas strateji zərbə hədəflərinə çevirilə bilər. Belə bir zərbə isə, iqtisadiyyatı neftdən asılı olan Azərbaycanı, çıxa bilməyəcəyi dərin siyasi iqtisadi böhran bataqlığına salar.
Digər bir problem isə, müharibənin gətirə biləcəyi humanitar fəlakətiə- qaçqın axınına məruz qalmaq olar. Azərbaycan kimi kiçik və kasıb bir ölkənin, qaçqın axınına məruz qalması, ölkə iqtisadiyyatının çəkə bilməyəcəyi ağır yükə çevirilər. Heç bir işi, sığınacağı olmayan yüz minlərlə qaçqının ölkəyə gəlişi, tibbi, kriminogen problemləri daha da ağırlaşdırar bilər.
Göründüyü kimi, qonşuluğumuzda az qala hər gün addım – addım yaxınlaşan müharibə təhlükəsi reallaşarsa, bu heç də bizə təsirsiz qalmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button