2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ İranın altı iş adamına sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi Rusiya ordusuna “Şahed” kamikadze pilotsuz uçan aparatların tədarükü ilə bağlı 6 İran vətəndaşına qarşı sanksiya tətbiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ABŞ-ın sanksiyaları altında olan Qods Aviation Industries (QAİ) şirkətinin rəhbərlərindən gedir.

Məlumatda qeyd edilir ki, şirkət Ukraynada istifadə üçün pilotsuz döyüş aparatlarının Rusiyaya təhvil verilməsində iştirak edib.

Sanksiya siyahısına şirkətin direktorlar şurasının sədri Seyid Höcətullah Qoreyşi də daxildir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İranın hərbi tədqiqat və təkmilləşdirmələrinə rəhbərlik Qoreyşi İran pilotsuz aparatlarının tədarükü üçün Rusiya ilə danışıqlara cavabdeh olub.

Sanksiyalar siyahısında həmçinin şirkətin direktoru Hassem Damavandyan da var. Məlumata görə, o, kamikadze aparatları ilə bağlı Rusiya hərbçilərinin təlimi prosesinə nəzarət edib.

Sanksiya siyahısında İranın Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavşın da adı var.

Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz aparatlarından istifadədə ittiham edir.

Rusiya bu ittihamları qəbul etmir. Avqustun sonunda “The Washington Post” qəzeti İranın ilk pilotsuz döyüş aparatlarının Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya çatdırıldığını yazıb.

İran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını əvvəlcə təkzib edib, amma sonradan bunun Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib.

Rusiya Ukraynaya ötən il fevralın 14-də hücum edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button