ABŞ İranın İsrailə hücumunu pisləyib
ABŞ İranın İsrailə raket zərbəsini “həyasızcasına və qəbuledilməz” adlandırıb. “Dünyanın bütün ölkələri bu hücumun qınanmasında bizə qoşulmalıdır”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə bildirib.
“İsrail Birləşmiş Ştatların və tərəfdaşların köməyilə bu hücumu dəf edə bildi”,- o, Turan-ın sualını cavablandırarkən deyib.
Lakin Miller İsrailə kömək edən digər ölkələrin adlarını açıqlamayıb.
Miller İranın hücumdan əvvəl ABŞ-a məlumat verməsi barədə xəbəri “tamamilə yalan” adlandırıb. “Biz İran hökumətindən belə bir hücum barədə xəbərdarlıq almadıq”, – o deyib.
To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video