2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ İranın metallurgiya sektoruna yeni sanksiyalar qoyur


Birləşmiş Ştatlar İranın metallurgiya sektorunu hədəfləyən yeni sanksiyalarını bəyan edib.

Bu sanksiyalara əsasən, bir neçə şirkət, o cümlədən ölkənin əsas polad istehsalçısının daxili və xarici filialları “qara siyahıya” əlavə olunub.

ABŞ Maliyyə Nazirliyi iyunun 25-də habelə İranın dörd sənaye müəssisəsini və dörd satış agentliyini sanskiya siyahısına daxil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu şirkətlər İranın dünya boyunca “pozucu davranışını” maliyyələşdirməkdə ittiham olunur.

ABŞ maliyyə naziri Steven Mnuchin deyib ki, “Birləşmiş Ştatlar, sözü gedən şirkətlərdən gələn gəlirlər İran xalqının rifahına yönəldilənədək onları təcrid etməkdə davam edəcək”.

Sanksiyalara görə bu şirkətlərin ABŞ-dakı bütün aktivləri dondurulur və ABŞ vətəndaşlarına və şirkətlərinə bu vahidlərlə hər hansı işbirliyi qadağan edilir.

 

İranın gəlirlərini kəsmək xətti

Sənəddə qeyd olunur ki, ABŞ bu addımı prezident Donald Trump Vaşinqtonu 2018-ci ildə İranla nüvə sazişindən çıxardıqdan sonra yürüdülən “Tehranın gəlirlərini kəsmək” siyasətinin çərçivəsində atıb.

ABŞ-ın yeni sanksiyaları İranın Mobareke Steel Company polad şirkətinin Almaniyada və Birləşmiş Ərəb Əmirliklərində olan bir daxili və dörd xarici filialını hədəfləyir.

Bu şirkət İrana daxil olan bütün valyutanın 1 faizini verir.

Mobarake Steel Company şirkətinə hələ 2018-ci ildə sanksiya qoyulmuşdu. ABŞ bu şirkəti İranın ictimai polis qüvvəsi – Bəsiclə bağlı bir vahidə hər il milyonlarla dollar vəsait köçürməkdə ititham edirdi.

Sanksiyalar habelə İranın üç alüminium, polad və dəmir istehsalçısını hədəfləyir.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu şirkətlər metalın xaricdə satışından hər il İrana milyardlarla dollar gəlir gətirir.

ABŞ-ın verdiyi məlumata görə bundan başqa Çin və Honq Konqda ünvanı olan bir şirkətə 2019-cu ildə qara siyahıya salınmış İran şirkətinə qrafit materialı göndərdiyinə görə sanksiya qoyulub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button