2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ İŞİD-K lideri haqqında məlumat üçün 10 milyon dollar mükafat elan edib

Vaşinqton/08.02.22 Bazar ertəsi ABŞ İŞİD-K lideri Sanaulla Qafarinin yeri haqqında məlumat üçün 10 milyon dollar mükafat elan edib, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

İŞİD-K (İŞİD-in Əfqanıstandakı qolu) “ötən illərdə böyük itkilər verməsinə baxmayaraq, davamlı düşmən olaraq qalmaqdadır”, deyə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri bazar ertəsi keçirilən brifinqdə bildiriblər.

Bu terror qruplaşması “əsasən şərqi Əfqanıstanda cəmləşib və bütün ölkə boyunca, o cümlədən böyük şəhərlərə hücum etmək iqtidarında olduğunu nümayiş etdirir, deyə terrorçuluğa qarşı mübarizə üzrə koordinatör müavini Kristofer Landberq qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Departamentinin məlumatına görə, Şahab əl-Mühacir kimi də tanınan Qafari 2020-ci ilin iyununda İŞİD-K-nin lideri olub.

“Qafari Əfqanıstan ərazisində bütün İŞİD-K əməliyyatlarının həyata keçirilməsinə və maliyyələşdirilməsinə görə cavabdehdir”, deyə dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Centri Smit bildirib.

Noyabrda Dövlət Departamenti Qafariyə xüsusi təhlükəli qlobal terrorçu statusu verib və 2021-ci il avqustun 26-da Kabul beynəlxalq hava limanında törədilmiş terrror aktına görə məsul şəxslərin istənilən ölkədə həbs və mühakimə edilməsinə kömək edəcək məlumata görə mükafat elan edib. Həmin gün Qərb ölkələri öz vətəndaşlarının və əfqanların ölkədən genişmiqyaslı təxliyyəsini həyata keçirərkən canlı bombalar aeroportda terror aktı törətmişdi. Hadisə zamanı ən az 185 nəfər, o cümlədən 13 ABŞ hərbiçisi həlak olmuşdu. 150-dən çox insan, o cümlədən 18 Amerika hərbiçisi yaralanmışdı. Həmin vaxt İŞİD-K bu terror aktına görə məsuliyyəti öz üzərinə götürmüşdü.“

Biz Sanaulla Qafari və ya Kabul beynəlxalq hava limanına hücuma görə məsul olan şəxslər haqqında məlumatı olan hər kəsi 1-202-702-7843 telefon nömrəsindən Signal, Telegram və WhatsApp vasitəsilə Rewards for Justice-ə mətn mesajı göndərməyə çağırırıq”, deyə dövlət katibinin köməkçisi Smit bildirib.

Məlumatı olanlar həmçinin Tor bazasındakı kanalımız vasitəsilə Rewards for Justice ofisi ilə əlaqə saxlaya bilər. Bu əlaqə üçün məlumatlar Tvitter kanallarımızda və veb-saytımızda mövcuddur. Rewards for Justice-ə verilən bütün məlumatlar tamamilə məxfi olacaq”, deyə Smit qeyd edib. -025B

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button