ABŞ itmiş F-35-i 28 saatdan sonra tapıb… Xalqdan kömək istənilib
class=”mediyanet-inline-adv”>
Təyyarənin bazar günü günortadan sonra Cənubi Karolina ştatı üzərində uçarkən yoxa çıxdığı və pilotun özünü havadan atmağı bacardığı açıqlanıb. ABŞ Dəniz Piyadaları Korpusu təyyarənin qalıqlarının Çarlston Hərbi Hava Qüvvələri bazası yaxınlığındakı Uilyamsburq bölgəsində tapıldığını açıqlayıb. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı barədə ətraflı məlumat verilməsə də, qalıqların araşdırılacağı bildirilib.
UÇUŞLARA 2 GÜNLÜK FƏSİL
Qeyd edilib ki, F-35-in yüksək səviyyədə gizlilik təmin edən ‘gost’ texnologiyası qəzadan sonra təyyarənin tapılmasını çətinləşdirib. Ordunun hərbi təyyarənin tapılması üçün xalqdan kömək istəməsi reaksiyaya səbəb olub. Dağıntıların axtarışı davam edərkən, texnologiya oğurluğu və ya haker hücumu iddiaları gündəmə gəlmişdi. Qəzadan sonra Dəniz Piyadaları Komandirinin müavini Erik Smit ABŞ daxilində və xaricində bütün aviasiya birliklərində uçuşların iki gün müddətinə dayandırıldığını açıqlayıb.
2023-09-20 05:45:03
Tərcümə“24 SAAT”