Now Reading:
ABŞ kəşfiyyatı erməniləri qorxutdu: Bakının silahları…

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı müharibə olacağı anonsunu verməsi hərbi-siyasi çevrələrin diqqət mərkəzindədir. Hesabatda göstərilib ki, genişmiqyaslı müharibə zamanı Rusiya Ermənistana yardım edəcək.

Modern.az-ın məlumatına görə, rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın “1in.am” nəşrinə ABŞ kəşfiyyatının proqnozunu şərh edərkən deyib ki, bu cür fikirlərin səslənməsi birinci dəfə deyil.

Ekspert kəşfiyyatın məxfi qurum olmasına diqqət çəkərək qeyd edib:

“Onlar kəşfiyyat adının daşıyıcısıdırlarsa, o zaman məxfi informasiyaya malik olmalıdırlar. O məxfi informasiyalar ki, onları ekspertlər bilməyəcək”.

Tarasov əlavə edib ki, Qarabağ münaqişəsi nizama salınmadığından cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil.

“Üstəgəl, Azərbaycan ordusu müasirləşib, eyni zamanda erməni hərbçiləri də yerində saymır. Kəşfiyyat isə bizim, sizin bilmədiyiniz informasiyaya malik olmalıdır. Bununla belə, tədbir görülməlidir ki, təsvir edilən ssenarilər mümkün olmasın” – deyə S.Tarasov bildirib.

Politoloq Qarabağda müharibə olacağı təqdirdə, Rusiyanın müdaxilə imkanlarından da söz açıb:

“Rusiya Ermənistanın strateji müttəfiqidir. Həmçinin Azərbaycanla işgüzar əməkdaşlığa malikdir. Bəli, Rusiya Azərbaycana silah satır. Lakin belə bir gizli razılaşma var ki, o silahlar Qarabağ cəbhəsində istifadə olunmasın. Amma bu barədə əminlik yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Güman etməyə əsaslar var ki, müharibə Qarabağ cəbhəsi ilə kifayətlənməyəcək və bu müharibə Azərbaycanla Ermənistan arasında olacaq”.

Erməni politoloq Levon Şirinyan isə genişmiqyaslı müharibənin olacağını mümkün hesab edir. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

“Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil”, – L.Şirinyan qeyd edib.

Ekspertin fikrincə, müharibə zamanı Rusiya və Türkiyə heç bir problemi həll etməyib.

“Bu baxımdan Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirdir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır”, – L.Şirinyan əlavə edib.

Politoloq Ermənistana böhrandan çıxmaq üçün formul da təklif edib:

“Sarayların əvəzinə tank və raket almaq lazımdır. Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi – bu, Ermənistanın məhv edilməsidir”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.