2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ kəşfiyyat rəsmiləri Senatın Trump-a dair suallarına cavab vermirlər

ABŞ kəşfiyyatının rəsmiləri prezident Donald Trump-ın, onun yaxın çevrəsinin Rusiya ilə əlaqələrinə dair təhqiqata müdaxilə edib-etməməsi barədə suallara cavab verməkdən imtina ediblər.

İyunun 7-də Senatın Kəşfiyyat Komitəsindəki gərgin dinləmə keçmiş FTB direktoru James Comey-nin ötən ay vəzifəsindən çıxarılandan bəri ilk dəfə olaraq ifadə verməsindən bir gün əvvəl keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Comey keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil, prezident Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə əlaqələrini araşdıran cinayət təhqiqatına rəhbərlik edirdi. Xəbərlərdə deyilirdi ki, Trump Flynn-ə dair təhqiqatdan geri çəkilməsi üçün Comey-ə təzyiq göstərib.

Flynn fevral ayında Ağ Ev rəsmilərinə, özünün səfir Kislyak da daxil, Rusiya rəsmiləri ilə kommunikasiyaları barədə yanlış informasiya verdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Trump-ın yaxın çevrəsinə daxil hazırkı və keçmiş rəsmilərin Rusiya ilə qanunsuz təmaslarda olub-olmaması barədə suallar, Trump prezidentliyə gələndən bəri Ağ Evin üzərinə şübhə kölgəsi salıb və Trump-ın bir sıra qanunvericilik aktlarının qüvvəyə minməsinə mane olub.

Senatda keçirilən dinləmə zamanı demokratlar və bəzi respublikaçı millət vəkilləri Milli Kəşfiyyatındirektoru Dan Coats və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Mike Rogers-i suallarla sıxışdırıblar. Suallar Trump-ın FTB təhqiqatı ilə bağlı onlara təzyiq göstərib-göstərməməsi ilə bağlı idi.

“The Washington Post” qəzeti iyunun 6-da yazıb ki, Trump Flynn barədə FTB təhqiqatına müdaxilə etməsi üçün Coats-a təzyiq göstərib.

Coats suallara cavab olaraq deyib ki, “o heç vaxt kəşfiyyatın siyasiləşdirilməsi istiqamətində özü üzərində təzyiq hiss etməyib”.

Bununla bərabər, həm Coats, həm də Rogers deyiblər ki, onlar Trump-la bəzi şəxsi söhbətlərinin təfərrüatlarını açıq dinləmədə deyə bilməzlər.

Coats deyib ki, o məxfi informasiyanın ictimai dinləmədə açıqlanmasına yol verə bilməz.

Mayın 17-də ABŞ Ədliyyə Nazirliyi keçmiş FTB direktoru Robert Mueller-i FTB-nin təhqiqatına nəzarət etməsi üçün xüsusi prokuror postuna təyin edib.

Eyni məsələ FTB-dən başqa Konqresin azı iki komitəsi tərəfindən araşdırılır.

Senat komitəsində ən yüksək vəzifəli demokrat Mark Warner deyib ki, Trump-ın FTB təhqiqatına hər hansı bir şəkildə müdaxiləsi “dərindən narahatlıq doğuran” hərəkət olardı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button