2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Kabil hava limanından insanları daha sürətli şəkildə evakuasiya edəcəyini bildirib

Birləşmiş Ştatlar rəsmiləri çərşənbə günü Kabildəki hava limanından insanları daha sürətli şəkildə evakuasiya edəcəyini və hədəfin gündə 5000-lə 9000 arasında olacağını bildirib. Çərşənbə axşamına qədər artıq 3200-dən çox insan evakuasiya edilib.

Taliban qurucularından biri və lider müavini Molla Əbdül Qani Bəradər Qətərdən Əfqanıstana qayıdıb.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan jurnalistlərə beynəlxalq ictimaiyyətin Talibanın insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözlədiyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Əvvəlcə dediyim kimi, hər şeydən əvvəl bu inamla deyil, bu yoxlama ilə əlaqədardır” – deyə, Sullivan bildirib.

Almaniyanın öz vətəndaşları, hüquq müdafiəçiləri və iyirmi il davam edən qarşıdurma zamanı xarici qüvvələrlə işləyənləri evakuasiya edən Lufthansa təyyarəsi çərşənbə günü səhər Frankfurtda enib.

ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson telefon söhbətində Əfqanıstan strategiyasını müzakirə etmək üçün gələn həftə Böyük Yeddilərin liderlərinin görüşünü keçirməyi qərara alıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button