2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ kimyəvi hücuma görə 271 suriyalıya sanksiyalar elan edir

ABŞ hökuməti, aprelin əvvəllərində Suriya mülkilərinə qarşı Vaşinqtonun dediyinə görə Bashar al-Assad qüvvələri tərəfindən edilmiş sarin qazı hücumuna görə, aprelin 24-də Suriya hökumətinin rəsmilərinə qarşı “hərtərfli sanksiyalar” elan edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Suriya Elmi Tədqiqatlar və Araşdırma Mərkəzində işləyən 271 nəfərin Birləşmiş Ştatlardakı aktivləri dondurulur.

Saytların yığılması Saytlarin yigilmasi

Sanksiyalar habelə hər hansı ABŞ vətəndaşına bu 271 nəfərlə hər hansı biznes əlaqəsində olmağı qadağan edir.

Nazirlik izah edir ki, sözü gedən mərkəz aprelin 4-də Suriya vətəndaşlarına qarşı işlədilmiş kimyəvi silahın istehsalı üçün məsuliyyət daşıyır.

Aprelin 4-də İdlib vilayətinin müxalifətin nəzarətində olan ərazisində həyata keçirilmiş kimyəvi hücum çox sayda uşaq da daxil olmaqla, 87 nəfərin həyatına son qoyub.

ABŞ maliyyə naziri Steven Mnuchin deyib ki, sanksiyaların tətbiqi Vaşinqtonun Assad rejimini məsul saydığını bidlirən “güclü mesajdır”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button