2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Konqresi “Obamacare”in ləğvinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası keçmiş prezident Barak Obamanın əsas islahat proqramı hesab olunan “Obamacare”in ləğvinə səs verib.

Prezident Donald Tramp “Obamacare”i keçmiş administrasiyanın uğursuz islahatı adlandıraraq Konqresin qərarını Senatın da dəstəkləyəcəyinə əminliyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Trampın seçkidən əvvəl verdiyi əsas vədlərdən biri də “Obamacare” kimi tanınan tibbi sığorta sisteminin ləğvi və ya əvəzlənməsi idi.

Obamanın hakimiyyəti dövründə həyata keçirilən bu səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

Qanun 20 milyon amerikalını tibbi sığorta ilə təmin edib.

Tramp administrasiyaı tərəfindən təklif edilən alternativ plan 2026-cı ilə qədər 24 milyon amerikalının tibbi sığorta ilə təmin edilməsini nəzərdə tuturdu.

Nümayəndələr Palatasındakı respublikaçılar bu məsələdə ortaq məxrəcə gələ bilməyib iki yerə ayrıldılar. Bu səbəbdən də yeni planın qəbulu üçün tələb olunan səsi yığa bilmədilər.

Nəticədə Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürdü. Lakin onu da bəyan etdi ki, “Obamacare”i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq. Və qanun layihəsinin yeni variantını həm respublikaçılar, həm də demokratlar dəstəkləyəcək.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button