2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

‘ABŞ Krımın ilhaqını heç vaxt tanımayacaq’


ABŞ-ın Ukrayndakı səfir əvəzi Kristina Kvien bu ölkədə 1944-cü ildə Krım tatarlarının kütləvi deportasiyasının anım günündə Rusiyanı “Krım xalqına qarşı iztirab siyasətini dayandırmağa” çağırıb.

Kvien bu münasibətlə mayın 18-də Twitter-də xüsusi bəyanat verib.

Ukraynada 2016-cı ildən bəri mayın 18-i Krım tatarlarına qarşı soyqırımın anım günü klimi qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

 

Krım tatarları Krımdan 1944-cü ilin mayında kütləvi sürgün ediliblər. Sovet diktatoru Iosif Stalin tatarları nasist Almaniyası ilə əməkdaşlıqda ittiham edirdi.

Bundan 70 il sonra, 2014-cü ilin martında Rusiya Krım yarımadasını Ukraynadan qanunsuz olaraq ilhaq edib.

Rusiya bu ərazinin özünə birləşdirilməsi üçün referendum keçirib. Krım tatarlarının əksəriyyətin bu referendum boykot edib.

Rusiya prezidenti Vladimir Putin Krım tatarlarına onlara münasibətin yaxşı olacağını vəd etmişdi.

Lakin Krım tatarları, insan haqları müdafiəçiləri və Qərb hökumətləri işğal olunmuş Krımda tatarların təqiblərə məruz qaldığını bildirirlər.

 

Bir gün evlərinə qayıdacaqlar

Xanım Kvien verdiyi bəyanatda deyib ki, Krım tatarlarının 76 il bundan əvvəl deportasiya edilməsi “minlərlə insana iztirab və ölüm gətirib”.

ABŞ səfiri deyib ki, Rusiyanın yeni işğalı bu ağrı-acını daha da dərinləşdirib.

Səfir bildirib ki, ABŞ heç vaxt Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və tanımayacaq.

Həmin tədbirdə Ukrayna, Estoniya, Gürcüstan, Latviya, Litva və Polşa Rusiyanın Ukraynaya qarşı “təcavüzkar hərəkətlərini və yeni repressiyalarını” kəskin pisləyən bəyanat veriblər.

Ukrayna prezidenti Volodymyr Zelenskiy özünün Facebook səhifəsində yazıb ki, “bir gün ukraynalılar və Krım tatarları öz evlərinə qayıdacaqlar”.

1944-cü ilin 18 mayından başlayaraq iki gün ərazində 250 min insan Mərkəzi Asiyaya sürgün edilib.

Bunlardan on minlərlə insan yol boyunca xəstəliklərdən və yorğunluqdan tələf olub.

Krım tatarları öz yurdlarına yalnız 1980-ci illərin sonlarında, SSRİ-də Mikhail Gorbachev hakimiyyətə gəldikdən sonra baş çəkə biliblər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button