2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

ABŞ KXDR-i nüvə proqramından çəkindirmək üçün bu ölkəyə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
“CNBC” xəbər verir ki, bununla bağlı Pentaqon rəhbəri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyatın direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidentinin Şimali Koreyaya təzyiqlərin gücləndirməsi Pxenyanın nüvə və raket proqramlarından imtina etməsi məqsədi daşıyır. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə diplomatik tədbirlərdən istifadə etməklə, həmçinin iqtisadi sanksiyaları artırmaqla Pxenyanı raket və nüvə proqramlarından daşındırmaq niyyətindədir.
Vaşinqton bu mənada KXDR-i dialoqa qaytarmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Pxenyan ABŞ-ın siyasətinə qarşı qabaqlayıcı hücumu istisna etməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button