2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Liviyaya xarici müdaxiləni pisləyib


Birləşmiş Ştatlar Liviyada artmaqda olan zorakılıqdan “dərindən narahat olduğunu” bildirib və xarici gücləri bu ölkədəki təmsili və ya proksi müharibəsini dayandırmağa çağırıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O’Brien avqustun 4-də bu barədə deyib ki, “Vaşinqton bütün tərəflərin muzdlular və özəl hərbi müşavirlərdən istifadə də daxil Liviyaya xarici müdaxiləsinə güclü şəkildə etiraz edir”.

Bundan əvvəl ABŞ hərbiyyəsi Rusiyanı özünə Şimal Afrikada “ayaqyeri” etmıək məqsədilə Liviyaya muzdlu döyüşçülər və silah-sursat göndərməkdə ittiham etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Pentaqon bildirmişdi ki, Moskva Liviya münaqişəsində Rusiyadakı Vagner özəl hərbi şirkətinin muzdlu əsgərlərindən istifadə edir.

Bu şirkətin Rusiya prezidenti Vladimir Putinin “aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin-ə məxsus olduğuna inanılır.

 

Xarici müdaxiləçilər və proksilər

Rusiya Liviyada qiyamçı general Khalifa Haftarın Liviya Milli Ordusunu dəstəkləyir. Haftar ölkənin BMT tərəfindən tanınmış Milli Barışıq Hökumətinin qüvvələrinə qarşı döyüşür.

Haftarı Rusiyadan başqa Fransa, Misir və Birləşmiş Ərəb Əmirlikləri də dəstəkləyirlər.

Bu münaqişəyə Tripolidəki Milli Barışıq Hökumətinə dəstək verən Türkiyə də qoşunlar, dronlar və suriyalı muzdluları gətirib.

Tripoli hökumətini Türkiyədən başqa, həm də İtaliya və Qətər dəstəkləyirlər.

Ankaranın bu ilin yanvarında Liviyaya hərbi müdaxilə etməsi ilə bu münaqişənin qüvvələr balansı Milli Barışıq Hökumətinin xeyrinə dəyişib.

Türkiyədən güclü dəstək alan Tripoli qoşunları bundan əvvəl müzəffər yürüşdə olan Haftarın qüvvələrini geri oturdub.

 

Neft hasilatına imkan verilsin

O’Brien deyib ki, prezident Donald Trump Liviyada yaranmış ağır vəziyyəti bu həftə “bir neçə” dünya liderləri ilə müzakirə edib.

O’Brien bildirib ki, Liviyadakı xarici qüvvələr “regional sabitliyə və qlobal ticarətə təhlükə yaradır”.

Birləşmiş Ştatlar xarici müdaxiləçiləri Liviyanın Milli Neft Korporasiyasının işinin bərpasına imkan verməyə çağırıb.

Hazırda Liviya nefti qaçaq yollarla satılır və hökumət neft gəlirlərindən məhrum olur.

Birləşmiş Ştatlar habelə Liviyada atəşkəsə və BMT-nin silah embarqosuna əməl edilməsinə çağırıb.

Liviya NATO-nun dəstəklədiyi xalq kütlələri 2011-ci ildə ovaxtkı diktator Muammar Gaddafi-ni devirəndən bəri vətəndaş müharibəsinin girdabına düşüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button