Bizim tərcüməDünya

ABŞ mətbuatından təəccüblü iddia! “İranda pilotsuz təyyarə hücumunu İsrail həyata keçirib”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Wall Street Journal qəzeti İranın müdafiə obyektinə hücumu İsrailin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyini yazıb.

Qəzetin ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, İsrail İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yanındakı sursat fabrikini İHA-larla hədəfə alıb.

Saytların yığılması Saytlarin yigilmasi

İran rəsmiləri isə hava hücumundan müdafiə sistemlərinin sursat fabrikini hədəf alan “hücum cəhdini” dəf etdiyini, 2 İHA-nın məhv edildiyini, birinin isə vurulduğunu açıqlayıb.

İran tərəfi qeyd edib ki, PUA-ların partlaması nəticəsində fabrikin damında cüzi dağıntılar baş verib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hücumu “qorxaqlıq” adlandırıb və deyib: “Belə hərəkətlər bizim ekspertlərin sülh məqsədli nüvə tərəqqisinə dair qətiyyət və niyyətinə təsir edə bilməz”. bəyanat verdi.

Digər tərəfdən, sözügedən hücumun 2009-2021-ci illər arasında İrana qarşı silsilə əməliyyatlara icazə verən İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi yeni ifrat sağçı koalisiya hökuməti dövründə həyata keçirilən ilk hücum olduğu qeyd edilir.

İsfahan qubernatorluğu partlayışı təsdiqləsə də, itkilərin olmadığını açıqlayıb.

İran Məclisinin İsfahan müavini Hüseyn Mirzayi dünən axşam saatlarında İsfahan şəhərinin səmasında görünən İHA-ların İsrailə aid olduğunu iddia edib.

Həmçinin, ABŞ dövlət katibi Antoni Blinkenin İran və digər regional məsələlər üzrə ABŞ-İsrail danışıqlarını bərpa etmək üçün bazar ertəsi İsrailə səfəri planlaşdırılır. (AA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button