2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

ABŞ mediası elan etdi: İsrail və Həmas danışıqlara başladı! Masada iki təklif var…

class=”mediyanet-inline-adv”>

İlk ayını geridə qoyan İsrail-Həmas müharibəsində ən kritik məsələlərdən biri də HƏMAS-ın əlində olan girovlardır…

Təl-Əviv rəhbərliyi vətəndaşlarını xilas etmək istəyən ölkələrin atəşkəs çağırışlarına müqavimət göstərərkən, İsraildə artan qəzəbin öhdəsindən gəlməyə çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ MEDİALARI: DANIŞAQLAR BAŞLADI

HƏMAS-da xarici vətəndaşlar da daxil olmaqla təxminən 240 nəfərin olduğu güman edilir.

Son vaxtlar İsrailin baş naziri Netanyahunun atəşkəslə bağlı sərt mövqe sərgilədiyi və geri çəkilmədiyi danışılırsa, bu gün ABŞ mediasından diqqətçəkən bir iddia ortaya çıxıb.

CNN International və NewYorkTimes İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib.

Təkliflərdə NƏLƏR VAR?

“NewYorkTimes”in adı açıqlanmayan ABŞ rəsmilərindən əldə etdiyi məlumata görə, masadakı təkliflərdən biri də odur ki, HƏMAS döyüşlərdə qısa fasilə qarşılığında İsrailli qadın və uşaqlar da daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir.

Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, sayı 100-ə qədər arta bilər.

class=”mediyanet-inline-adv”>

Digər təklifdə NYT, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılmasını istədiyini yazıb və İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib.

PRİORİTET QADINLAR VƏ UŞAQLARDIR, HƏMAS KİŞİLƏRİ VERMƏKDƏN İMTİNA EDİR

CNN İnternational həmçinin münaqişədə bir müddət fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini də yazıb.

NYT bildirib ki, Həmas rəsmiləri hərbi yaşda olan İsrailli kişiləri və İsrail əsgərlərini tezliklə azad etmək niyyətində deyil.

VASİTƏÇİ QƏTƏRDİR, GÖRÜŞLƏRDƏ ABŞ RƏSMİ NƏFƏLƏRİ DA İŞTİRAK EDİR

Hər iki qəzet Qətərin İsrail və HƏMAS arasında vasitəçi rolunu oynadığını və ABŞ-ın yüksək səviyyəli rəsmilərinin də danışıqlarda iştirak etdiyini vurğulayıb.

class=”mediyanet-inline-adv”>

BU VİDEO SİZİN MARAQLI OLA BİLƏR

2023-11-11 13:20:09

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button