2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

ABŞ Mehman Əliyevə qarşı bütün ittihamları götürməyə çağırıb

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Mehman Əliyevə qarşı ittihamları götürməyə və Turan İnformasiya Agentliyinin fəaliyyətini davam etdirməsinə imkan verməyə çağırıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Hether Noyertin (Heather Nauert) Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı açıqladığı bəyanatda deyilir.

“Birləşmiş Ştatar sentyabrın 11-də Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevin məhkəməyə qədər azad edilməsini müsbət hal kimi qeyd edir. Biz hökumətdən ona qarşı bütün ittihamların götürülməsini və Turan agentliyinin öz mühüm fəaliyyətini maneəsiz olaraq davam etdirməsinə imkan verməsini istəyirik. Biz rəsmiləri bu müsbət addımdan istifadə edərək, Azərbaycanda ifadə azadlığı və digər insan haqlarının gücləndirilməsi istiqamətində tədbirlər görməyə çağırmağa davam edirik. Biz əvvəlki kimi Azərbaycan hökumətini öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq.”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button