Xəbərlər

ABŞ minalara görə 2 milyon dollar ayırır

Bu həftə Azərbaycan elan edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdə  262 nəfər minaya düşüb. Onlardan 45 nəfərin vəfat etdiyi vurğulanıb

Azərbaycan-Ermənistan münaqişəsi zonasında yerüstü minalar, partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə, şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olmağa davam edir”.

Bunu oktyabrın 27-də Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin nümayəndəsi “Turan” ın sorğusuna cavab olaraq bildirib.

ABŞ regional sülhə, əməkdaşlığa yardım etmək üçün 2020-ci ilin payızında ErmənistanAzərbaycan qüvvələri arasında intensiv hərbi əməliyyatlardan ziyan dəymiş ərazilərdə minalardan təmizləmə üzrə humanitar əməliyyatlara 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur”, – nümayəndə qeyd edib.

Mənbənin məlumatına görə, 2021-ci ilin noyabrında bu məqsədlə ayrılan 500 min dollardan sonra ABŞ-ın yeni maliyyəsi “minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə təşkilatların texniki imkanlarını artıracaq”.

“Bu səylər insan təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır və köçkünlərin öz evlərinə qayıtmasına, öz həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan verir”, – o deyib.

Mina qurbanları

Bu həftə Azərbaycan elan edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərdə 262 nəfər minaya düşüb. Onlardan 45 nəfərin vəfat etdiyi vurğulanıb.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Ancaq buna cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan bu il deyib ki, “biz əlimizdə olan xəritələri Azərbaycana verdik”.

Paşinyan əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Gözdən qaçırmayın:  Azərbaycanda karantin ilin sonuna kimi uzadıldı

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button