Now Reading:
ABŞ MKİ direktoru: “Putin Rusiyanın əzəmətini bərpa etməyə çalışır”

ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putinölkəsinin əzəmətini bərpa etməyə çalışır.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo deyib.

“Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır, onun ikinci fikri isə təkrar prezident seçilməkdir”, – deyə Pompeo Vaşinqtonda çıxışı zamanı bildirib.

Pompeo Putinin fikirlərinə dair məlumatı haradan aldığını açıqlamayıb.

(apa)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.