2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Myanmaya 50 milyon dollarlıq humanitar yardım ayırıb

ABŞ Dövlət Departamenti çərşənbə axşamı fevralın 1-i hərbi çevrilişin yaratdığı humanitar böhranla mübarizə aparan Myanma vətəndaşlarına 50 milyon dollardan çox humanitar yardım göstərildiyini bildirib.

Əvvəllər Birma kimi tanınan bu Cənub-Şərqi Asiya ölkəsindəki çevriliş ölümcül etirazlara və bir neçə silahlı etnik qrupla hakim xunta arasında qarşıdurmalara səbəb olub. Bütün bunlar əsas mal və xidmətlərin çatışmazlığına səbəb olub və minlərlə insanı evlərini tərk etməyə məcbur edib.

“Bu yardım beynəlxalq və qeyri-hökumət təşkilatlarının zorakılıq və zülmdən qaçmaq məcburiyyətində olanlar da daxil olmaqla, Birma xalqına təcili ərzaq, sığınacaq, tibb, su, sanitariya və gigiyena xidmətləri göstərməyə imkan verəcək” – deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild açıqlamasında ABŞ-ın Tailanda COVID-19 yayılmasının qarşısını almaq üçün 5 milyon dollar ayırdığını bəyan edib.

“Bu gün Tailanda edilən əlavə COVID-19 yardımı tibb işçilərinin və ən həssas əhalinin peyvənd almasını təmin etmək üçün tədarük zəncirini gücləndirəcək” – deyə, səfir bildirib.

Bildirildiyinə görə, etirazçılar hökumətin koronavirus pandemiyasına münasibətini pisləmək üçün çərşənbə axşamı yenidən Banqkok küçələrində etiraz aksiyası keçirib.

Reuters xəbər agentliyi polisin Baş nazir Prayut Çan-Oxanın ölkədə ciddi infeksiyaların yayılması və iqtisadiyyatdakı tənəzzülə görə getdikcə daha çox qəzəblənən etirazçılara qarşı su şırnağından istifadə etdiyini bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button