Loading...
Loading...
Dünya

ABŞ OPEK-in fəaliyyətini araşdıracaq

ABŞ Konqresinə OPEK-in neft bazarında fəaliyyətini araşdıracaq komissiyanın yaradılması ilə bağlı qanun layihəsi təqdim olunub. Layihənin təşəbbüskarı Şimalı Dakotadan olan konqresmen, Donald Trampın energetika məsələləri üzrə məsləhətçisi Kevin Kreymerdir.

Qanun layihəsinə əsasən, komissiya OPEK-in bazarın inhisara alınmasına və rəqiblərinin aradan götürülməsinə yönəlik fəaliyyətini araşdıracaq.

ABŞ-ın mümkün tədbirləri vergilərə, ticarətə, elmi-araşdırma işləri və diplomatik münasibətlərə də toxunacaq.

azadlıq.info

Gözdən qaçırmayın:  Xarkovdan dəhşətli görüntülər
Back to top button