2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ ORDUSU POLŞADA – “200 il əvvəl Napoleonun ordusunu belə alqışlamışdılar”

Bu bazar günü Polşada planlaşdırılmamış bayram idi. Varşava, Krakov və digər şəhərlərdə amerikalı hərbçilərin gəlişini qeyd edirlər: Hərbi orkestr çalır, tanklar və digər hərbi texnika ümumi göstərişə çıxarılıb. Bu Polşanın tarixində xüsusi gündür. Polşalıların böyük əksəriyyəti öz torpaqlarında xarici əsgərləri 200 il bundan öncə beləcə alqışlamışdılar. Bu Napoleon ordusu olub.

Hazırda söhbət amerikalı əsgərlərdən gedir. Almaniyanın əvəzinə ABŞ hərbi bazalarının (indi Almaniyada 36 min amerikalı hərbçi dislokasiya edilib) Şərqi Avropaya yerləşdirilməsi diskusiyaya səbəb olmuşdu. Çünki Almaniya Federativ Respublikası Şərq blokunun yıxılmasından sonra artıq müdafiəyə ehtiyac duymurdu. Həm də ki, qoşunların onun ərazisində yerləşdirilməsi çox yüksək məsrəf tələb edirdi.

– Jaqanidə görüş

Amma həmin diskusiyalarda danışıqlardan uzağa gedilmədi. Lakin 2014-cü ildə Rusiya Krımı ilhaq etdi. Polşanın o zamankı xarici işlər naziri Radoslav Sikorski NATO-nu iki briqada ilə onun ölkəsinin müdafiəsini gücləndirməyə çağırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Budur, Polşaya Koloradada dislokasiya olunmuş ilk Amerika zirehli tank briqadası gəlib. Onun tərkibində 3500 əsgər və zabit, 87 tank, 400 “Humwee” avtomobili var.

Bütün bu qüvvə “Atlantic resolve” (Atlantik qətiyyəti) əməliyyatı çərçıvəsində NATO-nun şərq cinahını möhkəmləndirmək üçün nəzərdə tutulub.

Hərbi briqadanın şəxsi heyətini Polşanın Jaqan şəhəri təntənəli surətdə qəbul edəcək. Polşadan başqa ayrıca hərbi bölmələr rotasiya prinsipi əsasında Estoniya, Latviya, Litva, Macarıstan, Rumınıya və Bolqarıstanda yerləşdiriləcək. Briqadanın şəxsi heyəti və texnikası hər doqquz aydan bir dəyişəcək.

– Baltik ölkələrinin qorxusu

Amerikanın zirehli briqadasının Polşada yerləşdirilməsinin ardından NATO tərəfindən digər addımlar da atılacaq. Yanvar ayının sonunda Litvada Almaniyanın rəhbərliyi altında NATO-nun ön cərgədə dayanacaq aparıcı batalyonu yerləşdiriləcək. Onun tərkibinə alman əsgərlərindən başqa digər ölkələrdən olan 500 əsgər daxil ediləcək. Böyük Britaniyanın rəhbərliyi altındakı 1000 nəfər NATO əsgəri isə Estoniyaya yerləşdiriləcək. Kanadanın rəhbərliyi altındakı bir o qədər əsgər isə Latviyaya yollanacaq.

ABŞ-ın komandanlıq edəcəyi NATO-nun daha bir batalyonu Polşanın şimal-şərq rayonunda Suvalki şəhəri yaxınlığında yerləşdiriləcək. Bu şəhər cənubdan Belarus, şimaldan isə Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə malik, uzunluğu isə 100 kilometrdən az olan Suvalki koridorunun ortasındadır.

1463068343_rossiyskie-mirotvorcy-v-pridnestrove

Hərbi ekspertlər uzun müddətdir ki, həyəcan təbili çalırlar – əgər Rusiya Baltik ölkələrinin birinə qarşı hibrid və ya konvensional hərbi kampaniyaya başlayarsa, onda onlar Baltik dövlətləri ilə NATO müttəfiqləri arasındakı yolu asanlıqla kəsə bilərlər. Çünki Suvalki koridoru ilə alyansın Baltik dövlətləri ilə quru əlaqəsi var.

Rusiyanın Ukraynadakı hərəkətləri fonunda Latviya, Litva və Estoniyanın öz hərbi qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirmələrinə baxmayaraq, onlar aqressor qarşısında hələdə kifayət qədər zəifdirlər.

– Mühüm qərar

SSRİ-nin dağılmasından sonra NATO Moskvanı əmin etmişdi ki, təhlükəsizliklə əlaqədar vəziyyət pisləşməsə, onda alyans üzvləri şərqi Almaniya ərazisində böyük hərbi hissələr yerləşdirməyəcəklər.

Amma Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı olaraq, NATO-nun keçən ilki Varşava sammitində alyans şərq cinahının möhkəmləndirilməsi qərarına gəlib. Həmin qərarda NATO hərbi hissələrinin rotasiya və daimi manevrlər keçirilməsi əsasında Şərqi Avropa ölkələrində yerləşdirilməsi nəzərdə tutulub.

Ancaq Donald Trampın prezident seçilməsindən sonra Baltik regionunda narahatlıq artıb. NATO-nun Varşava sammitindəki qərarın ABŞ-ın yeni prezidenti tərəfindən dəstəklənəcəyi Baltik ölkələri üçün tam aydın deyil. Və yaxud Donald Tramp Moskva ilə razılaşıb, dünyanı yeni təsir sferasına bölə bilər. Axı Tramp bəyan edib ki, NATO çərçivəsindəki maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələri ABŞ müdafiə etməyəcək. Düzdür, bu məsələ hərbi xərclərin maliyyələşdirilməsi öhdəliyini yerinə yetirən Polşa və Baltik dövlətlərinə aid deyil.

– Moskvanın etirazları

moskovskiy_kreml_2

Moskva Polşa və Baltik ölkələrində NATO batalyonlarının yerləşdirilməsinə etiraz edir. Rusiya dövlət KİV-ləri bu hərəkətləri təcavüzkar hücum adlandırır. Amma buna baxmayaraq, onlar Estoniyadan Rumıniyayadək uzanan ərazinin təhlükəsizliyini təmin etmək üçün yerləşdirəcəkləri hərbi dəstlərin sayının Qərbi Berlini 1989-cu ilədək qoruyan NATO gücündən qat-qat az olmasından danışmırlar.

Bu arada isə 2007-ci ildən Rusiya özünün qərb sərhədlərində və ya qonşu Belarusda mütəmadi hərbi təlimlər keçirir və belə təlimlərdə on minlərlə əsgər iştirak edir. Həmin təlimlər zamanı Polşa və Estoniyaya zərbələr vurulması üzərində məşq edilir. Rusiyanın Ukrayna ilə münaqişəsi fonunda bu cür təlimlərin keçirilməsi həm Polşada və eyni zamanda da Baltik ölkələrində əsaslı təhlükə yaradır.

(Deutsche Welle-Almaniya)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button