2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Pakistana əlavə 9,6 milyon doza Pfizer COVID-19 peyvəndi ianə edir

ABŞ cümə günü qlobal peyvənd paylaşma təşəbbüsü olan COVAX vasitəsi ilə Pakistana ianə etdiyi əlavə 9,6 milyon doza Pfizer COVID-19 peyvəndini göndərməyə başlayıb.

İslamabaddakı Amerika səfirliyinin bildirdiyinə görə, bununla da ABŞ Pakistana ümumi olaraq 25 milyon doza peyvənd ianə etmiş olur.

“ABŞ effektiv, həyat qurtaran Pfizer peyvəndlərinin pakistanılara tətbiq olunmasından dolayı Pakistanla əməkdaşlıq etməkdən qürur duyur və Pakistan ianə olunmuş peyvəndlərin paylamasında olduqca yaxşı iş görüb” deyə ABŞ-ın müvəqqəti işlər üzrə vəkili Angela Aqqeler bildirib. O həmçinin əlavə edib ki, “bu ianələr 12 yaşdan yuxarı pakistanlılara tətbiq olunması üçün tam vaxtında çatdırılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Pakistanda COVID-19-a yoluxmalarda azalmalar müşahidə olunur. Hazırda gündəlik yoluxmaların sayı orta hesabla 1000-ə bərabərdir.

Ötən həftə hökümət demək olar ki, bütün ictimai nəqliyyat, maarifləndirici fəaliyyətləri və müəssisələrində tətbiq olunan məhdudiyyətləri yüngülləşdirib.

Ən son hökümət məlumatları göstərir ki, pandemiya başlayandan bəri ölkədə 1 262 771 yolxuma halı qeydə alınıb ki, onlardan 39 953 hələ də aktiv xəstədir. Xəstəlik səbəbindən isə 28 228 insan həyatını itirib.

Rəsmlilər cümə günü xəbər verib ki, fevral ayından vaksinasiya kampaniyası başladığı gündən bəri 95 milyon doza peyvənd tətbiq olunub. Onlardan təxminən 1 milyon doza təkcə son 24 saata tətbiq olunub.

Ölkə ilk əvvəl böyük ölçüdə Çin vaksinlərinə güvənsə də, ABŞ-ın ianələri kritik vaksin çatışmazlığının qarşısını almağa yardım edir. Rəsmi Vaşinqton koronavirusla mübarizə üçün Pakistana 63 milyon dollar maliyyə yardımı da ayırıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button