Loading...
Loading...
Cəmiyyət

ABŞ Pfizer vaksinindən istifadəyə tam icazə verdi

ABŞ QidaDərman Administrasiyası (FDA) Pfizer Inc şirkəti və onun Almaniya partnyoru BioNTech SE firmasının vaksinindən ölkədə 16 yaşdan yuxarı əhalinin peyvəndlənməsində istifadə olunması üçün tam icazə verib.

Bu, ABŞ-da istifadəsinə rəsmi xeyir-dua verilmiş ilk COVID-19 vaksinidir.

Administrasiyasının rəhbəri Canet Vudkok deyib ki, vaksinin təsdiq olunması COVID-19 pandemiyası ilə mübarizədə yeni mərhələ olacaq.

Vudkokun sözlərinə görə milyonlarla insan indiyədək peyvənd olunsa da, bu hadisə tərəddüd keçirənləri vaksin vurdurmağa sövq edəcək.

Bayden “günü-bugün” vaksin olunmağa çağırır

FDA bundan əvvəl üç vaksindən Pfizer, Moderna və Johnson & Johnson vaksinlərindən təcili istifadə üçün icazə vermişdi.

Lakin Pfizer istifadə üçün FDA-nin tam icazəsini qazanmış ilk preparatdır.

ABŞ prezident Co Bayden hadisəni mühüm mərhələ adlandırıb və özəl biznesləri öz işçilərindən vaksinlənmələrini tələb etməyə çağırıb.

O deyib ki, hər bir amerikalı “günü-bugün” vaksin olunmalıdır.

Pfizer vaksinindən təcili istifadəyə dekabrda icazə verilmişdi.

İndiyədək ABŞ-da 204 milyon nəfər COVID-19 vaksini ilə peyvənd olunub.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button