2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ politoloqu: ‘Rusiya əsas gücdür və Qarabağ münaqişəsini… ‘

Rusiya Azərbaycan və Ermənistan prezidentlərini Sankt-Peterburqda Qarabağ münaqişəsinin həllinə vadar edə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.

Onun sözlərinə görə, Rusiya münaqişəni həll edərək, fransızlara və amerikalılara regionda əsas güc olduğunu göstərəcək: “Sankt-Peterburq görüşü ilə bağlı üç mümkün variant var. Birincisi, bu, Rusiya tərəfindən ayrı formatda təşkil edilən görüşlər seriyasından olacaq. İkincisi, bu görüş Vyana sammitinin davamı ola bilər. Lakin ruslar prosesi Minsk qrupu ilə razılaşdırdıqları ilə bağlı heç nə deməyiblər. Üçüncüsü, Rusiya tərəfləri razılığa gəlməyə məcbur edəcək və göstərəcək ki, bu regionda əsas güc odur. Lakin görüşün hədəfini aydınlaşdırmaq çətindir, hətta baş verənlər görüşdən sonra da qeyri-aydın qala bilər”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button