Bizim tərcümə

ABŞ prezidenti Bayden İsrail prezidenti Hersoqla görüşüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-26 22:28:39

ABŞ prezidenti Co Bayden ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evdə İsrail prezidenti İsaak Hersoqla görüşüb. İkitərəfli görüşdən əvvəl açıqlama verən Bayden, İsrailin sabah Livan ilə imzalaması gözlənilən dəniz sərhədlərinin müəyyən edilməsinə dair razılaşmanı təqdir edərək, “Sabah İsrail və Livan daimi dəniz sərhədinin qurulması üçün müqavilə imzalayacaq. “Hesab edirəm ki, bu, tarixi addımdır.

ABŞ-ın İsrailə dəstəyini vurğulayan Bayden, “Cənab prezidentə tez-tez demişəm ki, İsrail olmasaydı, biz də onu uydurmalıydıq” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ BİZİM ƏN YAXIN İTTİFAKIMIZDIR”

Hersoq isə Baydeni İsrailin əsl dostu kimi təsvir edərək, “ABŞ bizim ən yaxın müttəfiqimizdir” deyib. Görüşdə İranın yaratdığı nüvə təhlükəsini də müzakirə edəcəklərini ifadə edən Hersoq, İrandakı etirazlara toxunaraq, öz xalqına zülm edən İran rəhbərliyinin nüvə gücünə sahib olmaq yolunda olduğuna diqqət çəkib. Hersoq İranı Rusiyanı ukraynalıları öldürmək üçün istifadə edilən silahlarla təmin etməkdə ittiham edib.

Hersoq həmçinin Baydenə İsrail və Livan arasında dəniz sərhədi razılaşmasına vasitəçilik etdiyinə görə təşəkkür edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button