Bizim tərcüməDünya

ABŞ prezidenti Co Baydenin iştirakı ilə Ağ Evdə Novruz şənliyi keçirilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden və xanımı Cil Baydenin ev sahibliyi ilə Ağ Evdə Novruz şənliyi keçirilib. İranda administrasiyaya etiraz edənlərin şüarları ilə eyniləşdirilən “Beraye” mahnısı ilə başlayan tədbirdə iranlı sənətçilər də çıxış ediblər. Cil Bayden iranlı qadınların yanında olduqlarını və onların mübarizəsini dəstəklədiklərini bildirib. NASA-nın SpaceX Crew-7 missiyasının komandiri seçilən İran əsilli amerikalı astronavt Jasmin Moghbeli də çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Novruz bayramının bu il çətin dövrə təsadüf etdiyini deyən Bayden Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənləri də yad edib. İranlı şair Hafiz-i Şirazinin şeirlərindən sitat gətirən Bayden Amerika xalqını təşkil edən mədəni müxtəlifliyi vurğuladı.

3

Prezident Bayden də Novruz bayramı ilə bağlı xüsusi yazılı açıqlama yayıb. ABŞ başda olmaqla dünyanın müxtəlif yerlərində Novruz bayramını qeyd edən hər kəsə ən xoş arzularını çatdırdıqlarını bildirən Bayden, bu il Novruzun bir çox insan, o cümlədən insan haqları və əsas azadlıqlar uğrunda mübarizə aparan iranlı qadınlar üçün çətin bir zamanda gəldiyinə diqqət çəkib.

jo bayden

ABŞ-ın “İman və cəsarətləri ilə bütün dünyaya ilham verən İran vətəndaşlarının” yanında olmağa davam edəcəyini bildirən Bayden, “Tərəfdaşlarımızla birlikdə İran hakimiyyətini öz xalqına qarşı hücumlarına görə məsuliyyətə cəlb etməyə davam edəcəyik. .” açıqlamalar verib. (DHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button