2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

ABŞ prezidenti iki hinduşkanı əfv edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Co Bayden qarşıdan gələn Şükran Günü münasibətilə ona göndərilən iki hinduşkanı əfv edib.

İllik ənənə 1989-cu ildə 41-ci prezident Corc Buş tərəfindən tətbiq edilib. Hinduşka ABŞ-da noyabrın dördüncü cümə axşamı qeyd olunan Şükranlıq bayramı süfrəsində ənənəvi quşdur.

Saytların yığılması Saytlarin yigilmasi

19-cu əsrin ortalarından etibarən Şükranlıq bayramdan əvvəl prezidentə hinduşka göndərilir. Buşun vaxtından bəri prezident rəsmi olaraq bayram günü hinduşkaları əfv edir, bundan sonra hinduşka fermaya və ya zooparka göndərilir. Bayden üçün bu il hinduşkaların əfv edilməsi prezidentlik dövründə ilk idi.

“Amerikanın Səsi” bildirir ki, “Fıstıq yağı” (Peanut Butter) adı verilən hinduşka və onunla birgə konfitur (meyvə və giləmeyvə qənnadı məmulatları) Vaşinqtona gətirilib.

Məlumata görə, əvvəllər olduğu kimi bu dəfə də ABŞ Prezidentiinə göndərilən hədiyyə əvvəllər saxlandığı fermaya göndəriləcək.

Məlumata görə, ötən il COVİD-19 pandemiyasına görə Şükran Günü Ağ Evdə sakit şəkildə keçirilsə də bu dəfə təntənəli bayram tədbiri keçiriləcəyi gözlənilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button