2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

ABŞ Qarabağ məsələsində ərazi bütövlüyünü vacib hesab edir

Ərazi bütövlüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib hissəsidir.

Bunu Vaşinqtonda keçirilən “dəyirmi masa”da ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Riçard Hoqland deyib.

Saytların yığılması Saytlarin yigilmasi

R.Hoqland bildirib ki, Azərbaycanın suverenliyinə hörmət təmin edilmədən və suverenliyin həmin ərazilər üzərində bərpasını qəbul etmədən münaqişənin nizamlanması mümkün deyil.

O əlavə edib ki, münaqişənin nizamlanması özündə bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması hüququnun tanınmasını və təhlükəsiziyə beynəlxalq zəmanətin təmin edilməsini birləşdirməlidir.

Xatırladaq ki, Endyu Şofer ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri təyin edilib. O, ABŞ-ın təcrübəli diplomatlarından biridir, bundan əvvəl Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında işləyib. (trend)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button