2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Qarabağda güc tətbiqinə qarşıdır

Yayımlandı: 7 Mart 2023 13:04

“Güc tətbiqi danışıqlar prosesini sarsıdır”

ABŞ Dövlət Departamenti martın 5-də Qarabağdakı növbəti hərbi toqquşmaya reaksiya verib.

Saytların yığılması Saytlarin yigilmasi

Departamentin mətbuat katibi Ned Prays martın 7-də keçirdiyi brifinqdə “Turan”ın suallarına cavabında deyib ki, münaqişənin hərbi həlli ola bilməz və mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir.

“Sülhü qoruyub saxlamağın yeganə yolu danışıqlar masası arxasına oturmaqdır, güc tətbiqi isə danışıqları prosesini sarsıdır”.

Baş verən hadisənin sülh prosesi üçün nəticələrinə gəlincə, N.Prays deyib ki, tərəflərin özləri arasında birbaşa dialoqun və müzakirələrin davam etdirilməsi zəruridir:

“Biz xarici işlər nazirləri arasında, habelə liderlər səviyyəsində üçtərəfli əsaslarla qarşılıqlı fəaliyyətə şərait yaradaraq, hər iki ölkə üçün tərəfdaş rolunu oynayırdıq. Biz möhkəm sülhün təmin edilməsi səylərində ikitərəfli, üçtərəfli və ya çoxtərəfli əsaslarla tərəfdaş olaraq qalmağa hazırıq”.

Rusiyanın öz vasitəçiliyini təsdiq etmək istəyi və Vaşinqtonun Qərbin vasitəçiliyini zəruri hesab etməsinin səbəbi haqqında suala mətbuat katibi belə cavab verib:

“Bu sual tərəflərin özlərinə ünvanlanmalıdır. Biz vasitəçilik haqqında başqa bir təklifə qarşı çıxmaq niyyətində deyilik və biz vasitəçi deyilik”.

Ned Prays. Foto: Amerikanın səsi

“Düşünürəm ki, sözdə və əməldə də hər iki ölkə ilə münasibətlərimizi, iki ölkəni yaxınlaşdırmaq bacarığımızı, Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişə şərait yaratmağa hazır olduğumuzu nümayiş etdirmişik. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Bunu iki ölkə arasında çoxdan mövcud olan və martın 5-də də olduğu kimi, daim insan həyatına son qoyan münaqişənin nizamlanmasına və həllinə nail olmaq üçün edirik. Bizim sülh və təhlükəsizlik maraqlarımız Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur”, – deyə Prays çıxışını yekunlaşdırıb.

Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda atəşkəsin pozulması nəticəsində Azırbaycan ordusunun 2 hərbçisi, Ermənistan tərəfdən isə 3 nəfər həyatını itirib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button