2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Qarabağda vasitəçilik səylərini fəallaşdırmaq istəyir

Vaşinqton/22.09.21 Vaşinqton Qafqazda dinc nizamlanmanın axtarışında fəal iştirak etməyə çalışır. Turan-ın ABŞ-dakı müxbiri Nyu-Yorkdan xəbər verir.

Çərşənbə axşamı dövlət katibinin müavini Viktoriya Nuland Qarabağ münaqişəsini və digər mövzuları müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Biz tərəqqini, o cümlədən Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə regionda sülhə və sabitliyə yardım etmək, saxlanılan şəxslərin azad edilməsi, minalardan təmizlənmə və siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyirik.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar Əfqanıstanda evakuasiya ilə bağlı səylərimizə dəstək verdiyinə görə Azərbaycana təşəkkür edir”, – Nuland görüşün yekunları ilə bağlı Tvitterdə yazıb.

Dövlət Departamentinin yüksək rütbəli məmurunun Qarabağ probleminin müzakirəsi üçün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşü planlaşdırılıb. Ceyhun Bayramov və Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar və müvafiq olaraq cümə axşamı və cümə günləri Assambleyada çıxış etməlidirlər.

Dövlət Departamentinin yüksək vəzifəli məmuru çərşənbə axşamı telekonftans vasitəsilə jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh və barış danışıqlarına dəstək vermək üçün “yardım etməyə hazırdır” və Vaşinqton hər iki tərəfiə “eyni təklifi” etməyi planlaşdırır.

ABŞ rəsmilərinin sözlərinə görə, bu məsələ çərşənbə axşamı keçirilən görüşdə dövlət katibi Entoni Blinken və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında da müzakirə olunub.

Görüş bir sata yaxın davam edib və iki yüksək vəzifəli diplomat Əfqanıstan, Suriya və Qarabağı ətraflı müzakirə ediblər.

Məmur xatırladıb ki, Vaşinqton “saxlanılanların bəzisinin azad edilməsi üçün ermənilərin azərbaycanlılara verdikləri minalanmış ərazilərin xəritələrinin” mübadiləsində iştirak edib.

“İndi sual yaranır, ABŞ-ın, Minsk Qrupunun digər ölkələrinin və Türkiyənin dəstəyilə sülh və barış prosesinə yol açmaq üçün iki ölkə arasında həm  sərhəddə, həm məhbuslara münasibətdə, həm də qalan minalarla bağlı gərginliyin azaldılmasına yardım etmək üçün daha çox iş görmək mümkündürmü”, – məmur deyib.

Sonda o əlavə edib ki, “dövlət katibi bu proseslərə ciddi şəkildə cəlb edilmiş Türkiyəyə işarə edib ki, ABŞ faydalı olmağa hazırdır”. -0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button