Siyasət

“ABŞ Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır” – RƏY

ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.

“Report” xəbər verir ki, bunu “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.

O bildirib ki, hegemonluğu ilə dünyaya meydan oxuyan ABŞ erməniləri öz maşasıyla aşağı-yuxarı “fatı qalx, fatı otur” komandası ilə tənzimləyir:

“ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. Belə olmasaydı, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. Və yenə sülhə, əmin-amanlığa qarşı çıxaraq yalnız və yalnız qan tökülməsini, Azərbaycan ərazisində terror aktlarının həyata keçirilməsinə bilavasitə dəstək verir!”.

Ekspert xatırladıb ki, 1988-ci ildə ermənilər və onların havadarları tərəfindən 3-4 dəfə məcburi köçkünlük həyatı yaşamağa məruz qalan Xankəndi, Xocalı, Xocavənd, Şüşa, Laçın və bütövlükdə Qarabağ sakinləri Amerika Birləşmiş Ştatları tərəfindən nə mənəvi, nə də maddi dəstək görmədi, əvəzində işğalçı Ermənistana milyonlarla yardım edildi.

“Əfqanıstanı xaraba qoyan, sonra isə biabırçılıqla qaçaraq terrorçu elan etdiyi, əslində isə özü yaratdığı “Taliban”ı hakimiyyətə qaytaran ABŞ əsl mahiyyətini bu tipli layihələr gerçəkləşdirməklə hər addımda nümayiş etdirir. 20 illik işğal dövründə ABŞ Əfqanıstanda bir yol belə çəkmədi, bir məktəb tikmədi. Dünyaya tolerantlıqdan “dərs deyən” Amerika vəhşi erməni qəbiləsinin Qarabağı “boz zona”ya çevirməsinə səssiz qaldı və bu gün Qarabağın dirçəlməsinə, yenidən həyata qayıdışına dözə bilməyib qərəzli bəyanatlar qəbul edir. Qarabağda çəkilən yollar, tikilən məktəblər, salınan xiyaban Amerikanın gözünə ox olub batır!”, – X.Vəliyeva qeyd edib.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button