2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ qırıcıları Suriyanı yenidən bombaladı – Suriya ordusu fosfor bombalarıyla cavab verdi

Suriya ordusunun isə bəzi kəndlərə fosfor bombalar yağdırdığı bildirilir


Suriyada qanlı toqquşmalar davam edir. Sputnik Azərbaycan 5haber.com-a istinadən xəbər verir ki, Sarliam, Maarrat əl-Numan, Hbit və Əl-Şaqr kəndlərinə fosfor bombaları atılıb.

Hadisənin Suriya ordusuna məxsus döyüş təyyarələri tərəfindən törədildiyi iddia olunur. Beynəlxalq İnsan Haqlarını Müdafiə Təşkilatı hücumda çoxlu sayda mülki vətəndaşın öldüyünü açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu arada, ABŞ ordusu Suriyaya hökumətinə bağlı qüvvələrə qarşı növbəti hərbi əməliyyat keçirib. Pentaqondan bu gün səhər verilən açıqlamada qeyd olunur ki, ABŞ-ın keçirdiyi qısa əməliyyat zamanı Suriya ordusuna aid döyüş təyyarələrinin 20 faizi məhv edilib. Müdafiə naziri Ceyms Mattis “Suriya rejiminin yenidən kimyəvi silahdan istifadə etməsi ağılsızlıq olacaq” deyib.

Xatırladaq ki, ötən həftə də Bəşər Əsədə bağlı hərbi hava qüvvələrinin İdlib vilayətini kimyəvi silahlarla bombaladığı xəbəri yayıldı. ABŞ tərəfinin bu iddiaları rəsmi Dəməşq və Moskvadan təkzib olundu. Bunun ardınca Amerika raketlərindən Suriyadakı aeroporta zərbələr endirildi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button