Dünya
ABŞ qoşunları Moldovaya daxil oldu
ABŞ hərbçiləri və hərbi texnikası bu gün səhərt saatlarında Rumıniyadan Moldova ərazisinə daxil olub.
Keçmiş sovet respublikasına 100-dən artıq zirehli texnika və 2 minə yaxın əsgər gəlib.
Onların sərhədi keçməsinə qarşı Sosialist Partiyasının fəalları etiraz aksiyası təşkil etsələr də, polis etirazçıları ərazidən uzaqlaşdırıb.
Moldova mətbuatının məlumatına görə, Moldovada mayın 3-dən 20-nə kimi “Dragon Pionner” təlimi baş tutacaq. Hərbi təlim zamanı amerikalı hərbçilər moldovalı hərbçilərə yardım göstərəcəklər.
(modern.az)